/ Новости сайта / TALIŞH / Talış öz haqqını tələb edən kimi kimlərsə narahat olur
31.03.2020

Talış öz haqqını tələb edən kimi kimlərsə narahat olur

68 0 TALIŞH
Talış öz haqqını tələb edən kimi kimlərsə narahat olur .



Sosial şəbəkələrdə tez-tez millətlər arası  mübahisələr gedir . Əsas səbəblərdən biri də,  əyər hansısa talış öz Azərbaycan konstitusiya hüquqlarını  tələb etməyə başladıqda dərhal başlayırlar mübahisələrə . Hökmən bir neçə nəfər tapılır ona separatçı, ölkəni bölən,  satqın , erməniyə, rusa,  farsa işləyən adlandırırlar . Deməli elə alınır ki , ölkədə haqqını  tələb edən hər bir insan avtomatik separatçıya, satqına  çevrilir. 
Mən həmişə haqq -ədalət tərəfdarı olmuşam və kiminsə xoşuna gəlib gəlməməyindən  asılı olmayaraq,    xalqımın  konstitusiya  hüquqlarını  tələb etməyi davam edəcəyəm  və heç kimə separatçı olmamağım isbat etmək fikrim yoxdur, bunu sizə indiyə qədər  dərk etdirə bilmədim. 
Artığ  heç kimlə bu barədə mübahisə aparmağ  istəmədiyimdən özüm əvvəlcədən deyirəm, mən separatçıyam.
P.S. Onu da qeyd edim ki,  erməniyə, rusa, farsa işləmirəm, mən alman xalqına  işləyirəm və öz doğma ölkəmdə də heç olmasa Alman qanunçuluğunun  50 faizini  görmək istəyirəm.

Boris Talischinski
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *: