Salam
/ Новости сайта / TMH XABAR / Talış əsilli gənc bloqer Qurbanov Aslan Əhəd oğlunun qeyri-qanuni həbsi ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının (ATİŞ) BƏYANATI :
06.08.2020

Talış əsilli gənc bloqer Qurbanov Aslan Əhəd oğlunun qeyri-qanuni həbsi ilə bağlı Azərbaycan Talışların İctimai Şurasının (ATİŞ) BƏYANATI :

63 0 TMH XABAR
Talış əsilli gənc bloqer Qurbanov Aslan Əhəd oğlunun qeyri-qanuni həbsi ilə bağlı
Azərbaycan Talışların İctimai Şurasının (ATİŞ)


                                                                              BƏYANATI :

İlk öncə Azərbaycan Talışların İctimai Şurası (ATİŞ) olaraq, 12 iyulda Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan-Ermənistan sərhədi ərazisində çoxlu sayda insan tələfatı ilə nəticələnən təxribat hərəkətlərini müvafiq bəyanatımızla qətiyyətlə pisləsək də  bilavasitə bu  və ölkə daxilindəki (14 iyul)  etiraz aksiyalarından sonra başlanılan haqsız həbslərdən və ölkə xaricindəki milli-etnik zəmindəki qarşıdurmalardan da xeyli narahat olduğumuzu bəyan edir, bu kimi qanunsuzluq və  özbaşınalıqlara dərhal son qoyumasını tələb edirik.  

Bununla belə, bu gün bizi xeyli narahat edən digər xoşagəlməz hadisələrdən  biri də  14 iyul tarixdə təqribən 11-00 radələrində Bakının  Binə qəsəbəsində gənc talış bloqeri, 18.01.1993-ci təvəllüdlü, ağır epilepsiya xəstəsi  Qurbanov Aslan Əhəd oğlunun DTK-nın təxminən 30-40 nəfərlik maskalı dəstəsi tərəfindən zorakalıqla həbsi ilə bağlıdır. İlkin məlumata əsasən elə həbsi zamanı da huşunu itirmiş və ağır sarsıntılar içərisində çabalayan bu gəncə qarşı irəli sürülən əsas “ittiham” – onun özünün facebook və instagram səhifələrində guya dövlət əleyhinə və milli-dini-etnik ayrıseçkiliyin təbliği olmuşdur. Bu səbəbdən də Bakı şəhəri Səbail Rayon Məhkəməsi birinci instansiya məhkəməsinin qərarı ilə barəsində AR CM-nin 281.2 (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1(Milli,dini,sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələriylə “cinayət işi” açılmış, barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilmiş və hal-hazırda DTK-nın təcridxanasında saxlanılır.

Qurbanov Aslan Əhəd oğlunun bizə bəlli olan “caspi_cadus_talysh” adlı instağram səhifəsində onun əsasən tanınmiş talış müğənnilərindən mahnıları, talış şair və yazarlardan şer və hekayələri, talış təbiətini, talış əsilli qəhrəmanları və i.a.  təbliğ etmiş bir kimsə olduğunu  asanlıqla görmək olar. Ölkəsində və İranda yaşayan soydaşlarının milli mədəniyyətini, dil və ədəbiyyatını təbliğ etmiş bu gəncin siyasi xarakterli hər hansı digər paylaşmasına rast gəlinmir. Yeri gəlmişkən, xatırladaq ki, 2007-ci il fevralda MTN tərəfindən müvafiq uydurma ittihamlarla həbs edilərək 10 il azadlıqdan məhrum edilmiş  və 2009-cu ilin avgustunda  müəmmalı şəklidə zindanda vəfat etmiş AMEA-nın Nəsimi adına Dilçılık İnstitutunun “German-Roman Dilləri” şöbəsinin  müdüri, dünyanın yeganə talışşünas alimi, “Tolışi Sədo” qəzetinin baş redaktoru  professor  Novruzəli Məmmədovun  “cinayət işində” yer tutmuş əsas “ittiham” – “Novruzəli Məmmədov “Tolışi Sədo” qəzetində “talışçılığı” təbliğ etmişdir” “arqumenti” olmuşdur. Belə çıxır ki, Qurbanov Aslanın də əsas “cinayəti”  xalqının dil və mədəniyyətini sosial şəbəkələrdə bu qədər emosional sevgi ilə təbliği olmuşdur. Əlbəttə  istisna deyildir ki onun  bizə məlum olmayan  bu və ya digər statuslarında ya əməllərində müəyyən sərt ya səhv məqamlar vardır, lakin bu əsas vermir ki,  2011-2012-ci illərdə Murovda əsgəri xidməti zamanı bir çox şücaətinə görə mükafatlanmış, hal-hazırda isə ağır xəstə və (valideyinlərilə birgə) yoxsulluq durumunu yaşayan gənc bu qədər uydurma ağır ittihamlarla və amansızlıqla  həbs edisin...

Azərbaycan Talışların İctimai Şurası (ATİŞ) Qurbanov Aslan Əhəd oğlunun  həbsini  - xalqlarımız arasında  tarixən mövcud qardaşlıq münasibətlərinə ciddi xələl gətirəcək siyasi motivli  (prof.N.Məmmədov, dr. H.Məmmədov və d.-nin işlərində olduğu kimi) növbəti qanunsuzluq halı hesab edir və onun dərhal azad edilməsini tələb edir.
tolishstan.com
 
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Категории раздела
TMH XABAR [260]
TMMR XABARLAR [81]
MADANİYYAT [15]
TALIŞH [227]
SIYASƏT [108]
SOSİAL ŞƏBƏKƏ XABARLARİ [12]
SİYASAT
ELİM VƏ İNKŞAF [13]
TARİX [23]
İDMAN [3]
TARİXİ ÇİXŞLAR [4]
SOSİAL PRABLEMLƏR [11]
TOLIŞİ POEZİYA . [25]
XƏBƏRLƏR [524]
События в мире [1]
Россия [3]
Политика [6]
Бизнес [1]
Технологии [0]
Наука [0]
Здоровье [1]
Спорт [0]
Образование [0]
Site information [1]
Dear, valuable and dear to our readers and regular followers of our site. Our site provides you with all kinds of news - economic, cultural, scientific, religious information and materials, as well as poems, stories and other valuable materials.   We consider informing as our main goal for you. Also, one of our main goals is the timely, accurate and honest reporting of traditions and customs, moral and social problems of other indigenous peoples of the country, as well as communicating the problems of the Talyshs to the world community as a whole! In particular, we thank and ask you for providing us with valuable information and materials, using every opportunity to achieve our goals, we thank those who helped us by conducting quick, timely and in-depth studies!   Site managers , Ruslan Almaszada . Deputy Head and Technical Manager Ilham Babazade. Tel.0031686031475
Календарь
«  Июль 2020  »
ВсПнВтСрЧтПтСб
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Total of answers: 10
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0