Salam
/ Новости сайта / SIYASƏT / Talış xalqına qarşı milli-ayrıseçkilik zəminində növbəti təbliğat kompaniyasının yaradacağı fəsadlar barədə xəbərdarlıq B Ə Y A N A T I:
27.09.2020

Talış xalqına qarşı milli-ayrıseçkilik zəminində növbəti təbliğat kompaniyasının yaradacağı fəsadlar barədə xəbərdarlıq B Ə Y A N A T I:

203 0 SIYASƏT
Talış Milli Hərəkatının, Talış Muğan Muxtar Respublikasının Mühacir hökumətinin Azərbaycan Respublikasının iqtidarı səviyyəsində ümum Talış xalqına qarşı milli-ayrıseçkilik zəminində növbəti təbliğat kompaniyasının yaradacağı fəsadlar barədə xəbərdarlıq 

                                                      B Ə Y A N A T I: 


100 il əvvəl, XX əsrin əvvəllərində baş verən məlum tarixi hadisələrdən bəhrələnərək, “heç nədən bir dövlət quran”lar(M.Ə.Rəsulzadə), sahibsiz qalan indiki Azərbaycan Respublikasının ərazisində yaşayan heç bir xalqın iradəsi və istəklərini nəzərə alınmadan, onlardan ümum millət səviyyəsində öhdəlik və vədlər almadan işğalçılıq səviyyəsində, demək olar ki, zorən bir dövlət tərkibində birləşdirmişlər! (Adi, hamının bilib, dilə gətirmədiyi sadə bir xatırlama)… 7 avqust 1993-cü ildə, Talış xalqının iradəsini ifadə edən, Talış mahalının 7 rayonundan, 26 noyabr 1991-ci ildə Dövlət çevrilişi ilə qovulan AR Ali Sovetinin və dövrün Rayon sovetlərinin seçkili nümayəndələri və tanınmış ziyalılarından 250 nəfər nümayəndənin 217-nin iştirakı ilə keçirilən Xalq Məclisi tərəfindən elan edilmiş Talış Muğan Muxtar Respublikası, həmən ilin 23 avqustunda hakimiyyəti zəbt etmiş Heydər Əliyev tərəfindən, güc strukturlarından istifadə edilməklə, qeyri-rəsmi süquta yetirildi… Baxmayaraq ki, TMMR elan edilərkən yenicə müstəqillik qazanmış Azərbaycan Respublikasının qüvvədə olan Azərbaycan SSR-inin Konstitusiyasının tələbləri və Beynəlxalq hüquq normaları tam şəkildə gözlənilmişdi. TMMR-in Xalq Məclisini qərarı. müzakirə və təsdiq üçün Azərbaycan hakimiyyətinin müvafiq hakimiyyət strukturlarına göndərilməsinə baxmayaraq, hüquqi müstəvidə müzakirəsinə imkan verilmədən, saxlanılmışdır. TMMR-in süqutundan sonra Talış xalqına qarşı repressiyalara, kütləvi təqib və təzyiqlərə, qarayaxma kompaniyasına start verilmişdir. O vaxtıkı dövlət KİV-dən psixoloji terror kompaniyası aparmaq üçün, bir vasitə kimi istifadə edilmişdir. Bu verilişlərdən biri də, uzun illər Az.TV-də yayımlanan "Qara yara" şousu idi. Lakin, bir müddət sonra Respublikanın o vaxtkı rəhbərliyi anladı ki, etdikləri bu haqsizliqlara özlərinin əleyhinə işləyir. Mətbuat üzərində tətbiq edilmiş ciddi senzuraya baxmayaraq Talış xalqının milli oyanışı, özünüdərki daha da sürətlə inkişaf edir, artıq Bakının meydanlarında keçirilən mitinqlərdə Talış xalqının məhbəs həyatı yaşayan mərd oğullarının portretləri, onların azad edilməsini tələb edən şüar-plakatlar görünməyə başladı. Bunu görən respublika rəhbərləri qarayaxma kompaniyasına son qoymaq qərarına gəldilər və ümumilikdə, Avropa Şurası strukturlarının sorğusuna rəsmi cavabda, ümumiyyətlə “qara yara” adında verlişin belə, olmadığı bildirildi. Son vaxtlar, yenidən həmən qarayaxma kampaniyasına start verilməkdədir. Tarixdən ibrət göturməyənlər anlamırlar ki, bununla milli ədavəti qızışdırırlar. Yeni qarayaxma kampaniyasının önünə, Real TV-in rəhbəri Mirşahin Ağayevi çıxarılıb. 1993-cu ildəki mövqeyindən tam fərqli olaraq M.Ağayevin hansı maraqlara xidmət etməsi aşkar görünməsə də, biz bəyan edirik: Mirşahin əslində klan daxili mübarizədə İlham-Mehriban Əliyevlərin hakimiyyətinin əleyhinə işləyən qrupların marağına xidmət edir. Həmən klandaxili müxalif qüvvələr yaxşı anlayırlar ki, hakim cütlüyü, düşdükləri bu ağır vəziyyətdən çıxara biləcək yeganə qüvvə, mütəşəkkil Talışlar ola bilər. Talış xalqına, onun önündə gedən övladlarına qarşı aparılan bu, qarayaxma kampaniyası, son nəticədə hakim cütlüyün mövqeyinin zəiflədilməsinə, Talış xalqının onsuz da zəif olan etimadını, tam olaraq itirilməsinə yönəlmişdir. Anonsu verilən, Mirşahinin yeni qarayaxma kampaniyasına sosial mediada talışların hiddətli münasibətini gördükdə, həm də o qənaətə gəlmək olur ki, mirşahinlər, kampaniyanın əsil müəllifləri Talış xalqının mənafeyinə "xidmət edirlər", talışları hakimiyyətə qarşı birləşməyə vadar etmək cəhdindədirlər. Hər bu cür qarayaxma kampaniyasından Talış övladlarının özünüdərki, milli oyanışı daha da artır, sıralarımız daha da sıxlaşır. Artıq dünyanın hər yerindən minlərlə talış balasının haqsızlığa, zülmə, milli ayrıseçiciyə qarşı etiraz səsləri eşidilməkdədir. İnanırıq ki, Talış xalqı qanuni haqlarına çatacaqdır!... Sonda onu da bildirək ki, yuxarıda söylədiyimiz kimi, Talış xalqı və övladları könüllü olaraq heç bir "Vətənə" birləşməyib və heç bir "Vətən" qarşısında nə öhdəçiliyi, nə də borcu var! Talış xalqı və övladları deyil, Talış xalqına qarşı daima XAİNLİK olub və davam edir, belə ki, Azərbaycanın müstəqilliyi, ərazi bütöluyü uğrunda minlərlə talış oğulları şəhid olmuşdur, ölkədə yaşayan "titul xalqın-türklərin", talışlara borcları var, böyükdür - QAN BORCU! Təkrar edirik: Talışlar heç kəsin qarşısında sədaqət andı içməmişlər! Nankorluğa vərdiş edənlər (bütöv xalqı nəzərdə tutmuruq) bu borcu qaytarmaq haqqında düşünməkdənsə, borclu olduqları Talış xalqına iftiralar atmağı davam etdirmək cəhdindədirlər! 

Talış Muğan Muxtar Respublikasının prezidenti və Talış Milli hərəkatının sədri, Ələkrəm Hümmətov. 
TMMR-nın Mühacir hökumətinin Baş naziri, Rəhim Mirzəyev.
tolishstan.com
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Категории раздела
TMH XABAR [274]
TMMR XABARLAR [81]
MADANİYYAT [15]
TALIŞH [228]
SIYASƏT [119]
SOSİAL ŞƏBƏKƏ XABARLARİ [12]
SİYASAT
ELİM VƏ İNKŞAF [13]
TARİX [23]
İDMAN [3]
TARİXİ ÇİXŞLAR [4]
SOSİAL PRABLEMLƏR [11]
TOLIŞİ POEZİYA . [25]
XƏBƏRLƏR [524]
События в мире [1]
Россия [3]
Политика [6]
Бизнес [1]
Технологии [0]
Наука [0]
Здоровье [1]
Спорт [0]
Образование [0]
Site information [1]
Dear, valuable and dear to our readers and regular followers of our site. Our site provides you with all kinds of news - economic, cultural, scientific, religious information and materials, as well as poems, stories and other valuable materials.   We consider informing as our main goal for you. Also, one of our main goals is the timely, accurate and honest reporting of traditions and customs, moral and social problems of other indigenous peoples of the country, as well as communicating the problems of the Talyshs to the world community as a whole! In particular, we thank and ask you for providing us with valuable information and materials, using every opportunity to achieve our goals, we thank those who helped us by conducting quick, timely and in-depth studies!   Site managers , Ruslan Almaszada . Deputy Head and Technical Manager Ilham Babazade. Tel.0031686031475
Календарь
«  Август 2020  »
ВсПнВтСрЧтПтСб
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Total of answers: 10
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0