search
menu
person

NEWS AND UDATES


11:45
Talış xalqına və dəyərlərinə edilən hörmətsizliyə qarşı, Azərbaycan vətəndaşı və bir Talış xalqının nümayəndəsi kimi etiraz edirəm.
Talış xalqına və dəyərlərinə edilən hörmətsizliyə qarşı, Azərbaycan vətəndaşı və bir Talış xalqının nümayəndəsi kimi etiraz edirəm.
Əvvəl Talış zonasını cənub adlandırmaqla və ardınca Talış adının qadağan edilməsiylə, sonra mətbəxini, indidə bir çox tarixi abidələrini məhv etmək, qorumamaq, əksinə Talış zonasında qazıntılar nəticəsində tapılmış abidələri belə tarixi yazılı daşları, qayaları oğurlayıb Talışa yox Türkə aid etmək və bu kimi hallarla Talışlara hörmətsizlik etməklə onları tarixdən silməyə çalışırlar. 

Diqqət yetirsəniz, Talış xalqı hər zaman Azərbaycanın bütövlüyü uğrunda mərdliklə çalışan, Qarabağ döyüşlərində bu günə qədər vətənini qorumaq üçün Azərbaycanın hər bir sərhədində, əsasəndə həmişə olduğu kimi Talışları xüsusi olaraq ön cəbhəyə salmaq, buna baxmayaraq döyüş bölgəsində Talış əsgərləri canla-başla necə lazımdır çalışıb, vuruşub xidmət edib. Lazım gəldikdə isə canındanda keçiblər. 
Nəticədə  saya görə ən çox şəhid verən xalq Talışlardır.

Amma çox heyf ki, bu vətənpərvər xalqa yaxşı qiymət verilməyib, hüquqları həmişə pozulub, heç hörmət belə olunmayır.
Sual ola bilər ki, nə hörmətsizlik olub? 
- "Talış" adının qadağan olunması nəyinki hörmətsizlik, bu qədim Talış xalqını təhqir etməkdir, alçaltmaqdır, adını qadağan olunmuş adların siyahısına salmaqdan böyük təhqir məncə yoxdur.

- Azərbaycan Respublikasının ərazisində Tat, Avar, Ləzgi, Türk və s. xalqların olduğu kimi Talış xalqlıda var və qədimdən yaşadığı  torpaqları dəyişmədən öz tarixi yurdlarında yaşamaqdadır. Bu xalqları cəm halda götürsək bütövlükdə bunlar hamısı Azərbaycan Respublikasının xalqları və vətəndaşlarıdır.
Bu ayrı-ayrı xalqların öz adəti, öz ənənələri, öz dilləri, qədim kökləri olduğu halda bunların hamısını Azərbaycan türkləri və ya Türk milləti adlandırmaq onlara qarşı hörmətsizlikdir. Türk olmayan xalqların ən ənələrini dəyişmək, mənimsəmək o xalqı təhqir etməkdir. 
Məsələn: Talış dağları, Talış Xanlığı, qədim Talış xalqının öz adət ənənəsi, öz dili, öz mətbəxi, qədim abidələri və s. kimi bir çox dəlillər var və tarixdən bu günlərə qədər yaşayaraq gəlib çaxmaqdadır.
Bəs indi niyə bunlar hamı Talışın yox, Türkün tarixi olmalıdır və nəyə görə Türkləşməlidilər. 
Axı bu millətin adı, əsli, kökü Talışdır.

Talışlar Azərbaycanda yaşayan bütün xalqlara, hər kəsə Azərbaycanlı kimi, öz milləti, öz qardaşı kimi hörmətlə yanaşır. 
Biz "Talış" adının qadağan oğlunmuşlar siyahısından çıxarıb özünə qaytarılmasını və hərkəsidə Talış adına hörmətlə yanaşmasını istəyirik.
Çünki Talışlar nə separatçı deyil nədə Erməni deyillər. Azərbaycan vətəndaşlarıdır Erməniyə qarşı vuruşan bir xalqdır. Ermənində həmişə gətirib Talışlara bağlamaq savadsızlıq və axmaqlıqdır.

Dövlət bilərəkdən ya bilməyərəkdən bu Talışların bu qədər təhqir olunmasına göz yumub yol açırsa bizdə bunu bildirək ki, Pantürkizmi böyütmək yox, qarşısın alıb bütöv Azərbaycan xalqlarının birgə olması üçün yaxşı nəsə etməlidir
Yoxsa Türkün Türkdən başqa dostu yoxdur deyərək başqa xalqlarda nifrəti, qıcığı yaratmaqla, dövləti daxildə vətəndaş qırğınına aparır.

Bu narazılığım haqda Azərbaycanın bu işlər üzrə səlahiyyətli şəxsləri bu məsələnin həlli üçün qərar qəbul etsinlər. Talış adının qadağasının götürsün, və Talış dili dərslərinin bərpasını, qədim abidələri qoruyub Talışların tarixinə aid saxlamaq, dağılıb gedmiş muzey, qala və.s yerləri bərpa etməklə Talış xalqına öz hörmətlərini bu şəkildə göstərməlidirlər.

Zamin Hüseynov .
Категория: XƏBƏRLƏR | Просмотров: 75 | Добавил: tmmrtalish | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
https://www.accuweather.com/az/az/lankaran/29090/daily-weather-forecast/29090