/ Новости сайта / TMH XABAR / TALIŞLAR AYRICA BİR SİYASİ QÜVVƏ KİMİ..... SEPARATÇILIQ NƏ DEMƏKDİR?:
11.07.2020

TALIŞLAR AYRICA BİR SİYASİ QÜVVƏ KİMİ..... SEPARATÇILIQ NƏ DEMƏKDİR?:

100 0 TMH XABAR
TALIŞLAR AYRICA BİR SİYASİ QÜVVƏ KİMİ..... SEPARATÇILIQ NƏ DEMƏKDİR?:

Separatizm siyasi termin olub, bir dövlətin üzərində beynəlxalq hüquq normalarında üzərində suverenliyi təsbit olunmuş hər hansı bir subyektinin (hissəsinin) müstəqil olma və ya digər bir dövlətə  birləşmək cəhdinə deyilir. Mərkəzdənqaçma meylinin ifadəsidir.

MUXTARİYYƏT NƏ DEMƏKDİR?:
Muxtariyyət özünüidarəetmə(daxili müstəqillik) hüququnu ehtiva edən qavramdır. Yəni dövlətin ərazi bütövlüyü çərçivəsində  hər   hansı bir subyektin daxili məsələlərdə özünüidarə etməsidir. Muxtar subyekt üzərində mərkəzi hakimiyyətin suveren hüquqları qorunur.

TALIŞLARI SEPARATÇI HESAB ETMƏK OLARMI?:
Talış və talışlar adından çıxış edən bütün təşkilatlar Azərbaycanı bir dövlət kimi parçalamağın əleyhinədirlər. Bu təşkilatlar içərisində ən maksimalistləri Rusiyada yaşayan talışları təmsil edən təşkilatlardır ki, hədəfləri Azərbaycanın daxilində dövlətçiliklərini bərpa etmək, yəni muxtariyyətə nail olmaqdır. Beləliklə, talışların separatçılıqla yaxından və uzaqdan heç bir əlaqəsinin olmadığını görmməkdəyik.

MUXTARİYYƏT TALIŞ XALQINA NƏ VERƏ BİLƏR?:
Muxtariyyət, günü-gündən əriyib yoxa çıxmaqda olan talışların assimilyasiya prosesini durdura bilər. Dünyada inteqrasiya meyllərinin güclənməsi sayca az olan və ayrıca  dövlətləri olmayan millətləri yoxolma təhlükəsi ikə üz-üzə qoyur. Yalnız özünüidarəetmə hüququ  ilə (muxtariyyət) millətlər öz milli  kimliklərini qoruya və mədəniyyətlərini inkişaf etdirə bilərlər.

 MUXTARİYYƏT STATUSU AZƏRBAYCAN DÖVLƏTİNƏ HƏR HANSI BİR TƏHLÜKƏ YARADA BİLƏRMİ?:
Çoxmillətli dövlətlərdə milli ədavətin baş qaldırması ehtimalı çox böyük olur.  Çünki, bu cür ölkələr üzərində iri dövlətlər təzyiq vasitəsi kimi millətlərarası ədavəti qızışdırmağı planlayır. Azərbaycan  dövləti olduqca ziddiyyətli bir geosiyasi məkanda yerləşir.  Gənc dövlətə olduqca güclü xarici təsirlər vardır.  Neft amilinə görə Qərbin hədsiz marağındayıq. Qonşuluqda iki qüdrətli dövlətlə həmsərhədik.  Sirr deyil ki, bu dövlətlər qeyri-rəsmi səviyyədə Azərbaycanı öz əraziləri kimi qəbul edirlər.  Qərbin Azərbaycan dövlətinə təzyiq rıçaqları radikal müxalifətdirsə, qüdrətli qonşullarımızın əsas təzyiq vasitələri milli azlıq yaxud etnoslar, dindar kəsim və müxtəlif yollarla  idarəçiliyin  üst qatına təyin etdirdikləri şəxslərdir. Belə bir təlatümlü coğrafiyada  düzgün hesablanmış strategiyası  olmayan nisbətən kiçik dövlətlərin uzun müddət  dünyanın siyasi xəritəsində qalması çətin məsələdir.  Bunun üçün Azərbaycan dövləti, gələcəkdə xarici dairələrə alət ola biləcək qrupların təhlükəsini önləməlidir.  Bu önləyici tədbirlər həmin qrupların məhv edilməsi anlamına gəlməməlidir. Çünki, praktiki bu mümkün deyil.  Dövlət öz gücünə güvənərək imkanları çərçivəsində qanunvericiliyə uyğun milli azlıq  və etnosların haqlarının bərpası istiqamətində əməli addımlar atmalıdır.  Ölkədə oturuşmuş bir muxtariyyət ənənəsi ərsəyə gətirilməlidir. Azərbaycan dövləti beynəlxalq ictimaiyyətə vətəndaşı olub, ərazisində yaşayan bütün millətlərə bərabər şərait yaratdığını nümayiş etdirməlidir. Bu həm də  bir dövlət üçün imic məsələsidir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ konfliktinin həlli, böyük  ölçüdə  bu məsələdən asılıdır. Çünki, ermənilər əsas arqument kimi Azərbaycanın xalqlar həbsxanası  olduğunu və gələcəkdə bu dövlətdə özlərinin bir millət kimi inkişaf perspektivlərinin olmadığını göstərirlər.  Bu iddiaların əsassız olduğunu, yanlız ərazisində yaşayıb vətəndaşı olan ayrı-ayrı millətlərin milli haqlarını təmin etməklə Azərbaycan dövləti göstərə bilər.  Nəticədə, biz muxtariyyətin ilk növbədə Azərbaycan dövlətinin maraqlarına utğun olduğunu və gələcəkdə bir dövlət kimi varlığı üçün həyati əhəmiyyətli olduğuna əmin olduq.  

TALIŞLAR NECƏ  MİLLİ HAQLARINI BƏRPA EDƏ BİLƏRLƏR?:
İlk növbədə talışlar  millət olaraq , israrla bunu istəməlidirlər.  Yəni , necə deyərlər, ağlamayan uşağa "pəpə" verməzlər.  Talışlar qanunlara müvafiq şəkildə təşkilatlanmalı, sivil şəkildə mübarizə apararaq dövlət rəhbərliyinin  və beynəlxalq  ictimaiyyətin nəzər-diqqətini üzləşmiş olduqları problemlərə cəlb etməlidirlər.  Azərbaycanın  gələcəkdə dövlət olaraq varlığı böyük ölçüdə talışların aqibətindən asılı olacaqdır.  Çünki, talışlar dövlət əmələgətirən xalq olmaqla  dövlətin sütunlarıdırlar. Gizli deyil ki, dövlətin "vuran əli" talışlardır.  Sosial şəbəkələrdə  fəaliyyətin faydalılıq əmsalını artırmaq lazımdır. Talışları milli kimliklərinə qaytarmaq üçün yeganə qismən təhlükəsiz platforma məhz sosial şəbəkələrdir.  Buna isə müəyyən qədər maliyyə dəstəyi lazımdır.  Qoy vicdanlı talış biznesmenlərimiz bu işə dəstək versinlər. Bütün bunlar, dövlətə talışların milli haqlarını bərpa etmək zamanının yetişdiyinə çağırış olacaq.

TALIŞLAR ÖZ MİLLİ HAQLARI UĞRUNDA MÜBARİZƏDƏ MÜXALİFƏTƏ  BEL BAĞLAYA BİLƏRMİ?:
Müxalifətlə bir yerdə olmaq talışlara nə vəd edir. Sirr deyil ki, ölkə müxalifəti(əsas) qərbin uyğun maraqlarına   pantürkizmi dəstəkləyir və bu ideologiya nizamnamələrinin əsasını təşkil edir. Unutmayaq ki, iki əsas müxalif partiya-AXCP və Müsavatın baniləri pantürkçü olduqları üçün ardıclıları da onları təqib edirlər.  Təsadüfi deyil ki, bu partiyaların heç birinin funksionerləri içərisində talış əsilli vətəndaş yoxdur. Bütün bunlardan talışlar nəticə çıxarmalıdırlar. Pantürkizm bəlası bu iki partiyanın xalqımıza "töhvəsidir".Əgər talışlar separatizmə meyli etsəydi və müstəqilliyə can atsaydılar müxalifətin hakimiyyətə gəlməsi onlara tarixi fürsət vermiş olardı. Çünki, pantürkçülər yalnız hakimiyyəti zəbt edəcəklər halda talışlar İran və Rusiyanın maksimum dəstəyini  almış ola bilərlər.  Əgər talışlar bu gün müxalifətin sıralarında zəif iştirak edib, dəstəkləmirlərsə demək ki, dövlətlərinə sadiqdirlər, gələcəkdə bu dövləti parçalamaq niyyətləri yoxdur. Doxsanıncı illərdə Azərbaycanı parçalamağı tarixi bir şərait yaranmışdı. Və belə bir fürsəti pantürkçü qafalı səriştəsiz rəhbərlər vermişdi. Heydər Əliyevin gəlişi bu prosesi durdurdu. Mənim Heydər Əliyevə xüsusi bir rəğbətim yoxdur, amma bunlar tarixi faktlardır. Həmin dönəmdə türk millətçiliyinin qabardılması, dövlət səviyyəsində dəstəklənməsi özü ilə bərabər digər millətlərin milli müqavimətini formalaşdırdı. Azərbaycanda 90-cı illərin əvvəlindəki  milli münaqişələrin əsas rövnəq tapma səbəbi pantürkizm kimi zərərli bir ideologiyanın dövlət səviyyəsində dəstəklənməsi olmuşdur. Pantürkizm qərbin islam ümmətini parçalamaq üçün ərsəyə gətirdikləri bir proyektdir.Pantürkizm ucbatından 600 ildən çox baqi olmuş, müəyyən zamanlarda dünyaya  hökm etmiş qos qocaman bir imperiya-Osmanlı imperiyası tarixdən silindi . Pantürkçülər farsa , ərəbə, rusa bir sözlə özlərindın olmayan  hər kəsə nifrət edirlər. Bu isə dünyaya müharibə elan etməkdir. Şübhəsiz ki, nə İran , nə də ki, Rusiya kimi qüdrətli dövlətlər bu ölkədə pantürkizmin kök salmasına susqun yanaşmazlar, necə ki, ötən əsrin sonlarında bunu göstərmişdilər. Pantürkçülər qərb maraqlarına qulluq etdikləri üçün Rusiya və İrana açıq ərazi iddiaları ilə çıxış edirlər. Belə olan halda pantürkçüləri zərərsiz hala gətirmək üçün digər millətlərin, o cümlədən talış və ləzgilərin imkanlarından geniş istifadə oluna bilər. Rusiyanın bu sahədə xüsusi bacarığı vardır. Ukrayna və Gürcüstan variantlarını misal gətirmək olar. Azərbaycan iqtidarının tədbirli və balanslaşdırılmış siyasəti hələ ki, bu dövlətin stabilliyini təmin edir. Əgər sabah pantürkçü müxalifət hakimiyyətə gələcəyi təqdirdə və qonşu İran və Rusiya kimi dövlətlər öz maraqlarına təhlükə hiss edəcəklərsə, ölkədə qarşıdurma yaradacaqları kəsindir. Müxalifətə gəlincə, otuz il öncə necə idilərsə , elə də qalmışlar. Hələ də Təbrizi "alırlar", Çini "parçalayırlar", "Turan" quracaqlar vəs. Onu da deyək ki, müxalifətin , indiki iqtidar kimi qərblə  şərq (Rusiya və İran arasında vəs) arasında manevr etmək imkanları  olmayacaq. Çünki, qərb onları hakimiyyətə gətirəcəyi təqdirdə, Gürcüstandakı kimi, üzünü tamamən qərbə çevirməyi tələb edəcək. Bu isə rəsmən ölkənin parçalanmasına xeyir-dua verməkdir. Sonda, mən siz əziz talış bacı qardaşlarıma öz milli haqlarınız uğrunda mübarizədə nə müxalifət nə də ki, digər siyasi təsisatlara qoşulmağı tövsiyə etmirəm. Biz ayrıca bir qüvvə olaraq təşkilatlanmalı və siyasi proseslərdə iştirak etməliyik.  Qoy, bizi bu cür  qəbul etsinlər. Diqqətinizə görə minnətdaram, Hörmətlə, 
 Umar Əli .
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Категории раздела
TMH XABAR [247]
TMMR XABARLAR [80]
MADANİYYAT [15]
TALIŞH [227]
SIYASƏT [105]
SOSİAL ŞƏBƏKƏ XABARLARİ [12]
SİYASAT
ELİM VƏ İNKŞAF [13]
TARİX [23]
İDMAN [3]
TARİXİ ÇİXŞLAR [4]
SOSİAL PRABLEMLƏR [11]
TOLIŞİ POEZİYA . [25]
XƏBƏRLƏR [524]
События в мире [1]
Россия [3]
Политика [6]
Бизнес [1]
Технологии [0]
Наука [0]
Здоровье [1]
Спорт [0]
Образование [0]
Site information [1]
Dear, valuable and dear to our readers and regular followers of our site. Our site provides you with all kinds of news - economic, cultural, scientific, religious information and materials, as well as poems, stories and other valuable materials.   We consider informing as our main goal for you. Also, one of our main goals is the timely, accurate and honest reporting of traditions and customs, moral and social problems of other indigenous peoples of the country, as well as communicating the problems of the Talyshs to the world community as a whole! In particular, we thank and ask you for providing us with valuable information and materials, using every opportunity to achieve our goals, we thank those who helped us by conducting quick, timely and in-depth studies!   Site managers , Ruslan Almaszada . Deputy Head and Technical Manager Ilham Babazade. Tel.0031686031475
Календарь
«  Июнь 2020  »
ВсПнВтСрЧтПтСб
 123456
78910111213
14151617181920
21222324252627
282930
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Total of answers: 10
Статистика

Онлайн всего: 2
Гостей: 2
Пользователей: 0