search
menu
person

NEWS AND UDATES


11:00
Talışlardan və Talış aktvistlərdən əl çəkin

           Talışlardan və Talış aktvistlərdən əl çəkin 

Artıq neçə illərdir, təkrar-təkrar deyirik, Azərbaycan adında məmləkətdə, dövlət  ərkanının idarəçiliyi, nə özlərinin daha çox dəyişərək bevec hala saldıqları Konstitusiyaya , nə də qəbul etdikləri Qanunlara istinadən idarə edilmir! 
Ölkə hansısa,- lotuyana, qapançılıq, qumarçılıq, təmənnalı qaçqınçılıqla bəhrələnən şərəfsizlik, ləyaqətsizlik qaydalarımla idarə edilir! Bütün bunları isə, ölkə sərvətləri və büdcəsi hesabına böyük vəsaitlər sərf etməklə yaratdıqları şərəfsizlik ordusundan istifadə ilə həyata keçirilir.
Vətəndaş həyatının normal qurulmasına xidmətçi olmalı, onun asayişi və rahatlığını təmin etməli olan, xalq vəsaitindən bəhrələnib, onu talayanlar, özlərini ləyaqətsizlik nümünəsi kimi aparırlar. Ümumiyyətlə uzun müddətdir, əsasən də son dövrlərdə Talış mənliyini qoruyub saxlayan, yaşamına maraqlı olub, öz haqlarına sahib olmağı unutmayıb, milli özünüdərk və yaşam haqqını dilə gətirənlərə qarşı, yuxarıda sadaladığımız ədəb-ərkana sahib hökümət nümayəndələri və əxlaqi cəhətdən onlardan heç də geri qalmayan, özünə müxalifət yarlığı yapışdırmış bütöv bir tərbiyəsizlər ordusu vasitəsi ilə, rəsmi, qeyri rəsmi, mətbuat vasitələri ilə, eləcədə sosial şəbəkələr vasitəsi ilə, təhqir, təhdid dolu ifadələrlə zəngin hücumlar təşkil edilir, şər-böhtanlar atmaqla təcridlərinə rəsmi cəhdlər edilir!
Fəxrəddin Abbasov ancaq və ancaq düşünüb, danışıqlarına görə təcrid edilərək, haqqında, saxlanmasını rəsmiləşdirmək üçün, qeyri-peşəkar, mənəviyyatlarına xas əsaslar hazırlanır, Cəbrayıl Hacıyevin üzünə peşəkar təxribatçı saxlanılır, Talış xalqının ağsaqqallarının Ali Şurasının üzvü Əlimardan Şükürova və digər tanınmış, sayılıb-seçilən simalarına qarşı sosial şəbəkələr vasitəsi ilə tərbiyələrinə uyğun,- söyüş, böhtan və təhqir-təhdidlərlə müraciətlər, zənglər edir və yazılar yayırlar. Bununla hesab edirlər ki, guya Talış xalqının taleyinə biganə qalmayıb, mübarizə aparanları durdura biləcəklər! Çaşmayın cənablar! Talış xalqının ləyaqət və şərəfli gəncliyi həm özlərinin mənlik və şərəflərini, həm də öz millətinin ləyaqət nümünəsi olan övladlarını ,öndə gedənlərini hərtərəfli müdafiəsinə qadirdirlər! Bıjiyo Tolış! Bıjiyo Tolışon merdə fərzəndon! 

İndi  Əlimardan Şükürov yazdığı statusu sizlərə təqdim edirik .

   (“ Əlimardan Şükürzadə: Məni təhdid edənlərə və mənə təzyiqlər edənlərə səslənirəm. Mən haqqı nahaqqa satan insan deyiləm. Mənim bir əqidəm var, əqidəmdən dönən insan deyiləm. Gecə - gündüz sizi təhqir edən, açıq-aşkar çevirilişə, inqilaba çağırış edənləri nə əcəb görmürsüz ? Mən kimi söymüşəm, Haranı viran eləmişəm? Məndən əl çəkin! Hər şeyi açıqlamıram, qoy sonuncu dəfə olsun. Sizə yalan informasiyalar çatdıran çaqqalları başa salın! “)

Tolishstan.com

Category: TALIŞH | Views: 172 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $