search
menu
person

NEWS AND UDATES


12:10
Tanınmış vəkil prezidentə müraciət edəcək: “Ölkədə vəkil soyqırımı davam edir”

Tanınmış vəkil prezidentə müraciət edəcək: “Ölkədə vəkil soyqırımı davam edir”

25 Fevral, 2019 [17:52]

“Baş prokurorluğun məni dinləməsi və onun əsasında AR Vəkillər Kollegiyasına şikayət etməsi ilə əlaqədar bu gün mənə töhmət veriblər. Özü də iştirak etmək barədə xahişimi nəzərə almadan iclası təxirə salmayıblar və qərarı mənim iştirakım olmadan qəbul ediblər. AR Vəkillər Kollegiyası bu işdə məni müdafiə etmədi”.

“Yeni Sabah” xəbər verir ki, bunu tanınmış vəkil Elçin Sadıqov deyib. O bildirib ki, verdiyi vəsatətlərin heç biri təmin edilməyib:

“Baş prokurorluğun konfidensial görüşünün lent yazısına əsaslanan məktubu ilə Yunis Səfərovdan alınmış məktub arasındakı ziddiyyətləri araşdırmadı və RH ümumiyyətlə Y.Səfərovun adından yazılan məktubda göstərilmədiyi halda baş prokurorluğun həmin məlumatları hansı yolla əldə etməsini yoxlamadı.

Azərbaycanda vəkillik etmək ona görə çətindir ki, təkcə dövlət orqanları tərəfindən deyil RH tərəfindən də təqib olunursan. Hətta rəhbərlik işlərdən imtina etmək haqqında sənə təkliflər də verir. İmtina etmədikdə isə bax belə olur – prokurorluq birləşib intizam icraatı başladıb cəzalandırırlar”.

Vəkil qeyd edib ki, son vaxtlar insan haqlarını müdafiə edən vəkillərin soyqırımı davam edir:

“Halbuki ölkədə dövlətin və vəkilliyin əsas məqsədi insan hüquq və azadlıqlarını müdafiə etməkdir. Bizim əsassız təqib edilməyimiz onu göstərir ki, Azərbaycan Hökuməti insan haqlarının müdafiəsindən geri çəkilir və insan haqlarını müdafiə edənlərə qarşı total təqiblər həyata keçirir.

Bundan başqa VK rəhbərliyinin belə bir əsassız şikayətə xitam vermək əvəzinə, məni cəzalandırması onu dəqiqliklə sübut edir ki, prokurorluğun VK rəhbərliyinə qarşı təyziq imkanları genişdir.

Ölkəyə qayıtdıqdan sonra geniş açıqlama verəcəm və ölkə preizdenti İlham Əliyevə müraciətlər edəcəm ki, formal inkişaf adı ilə Kollegiyada nələr baş verdiyini, ölkədə qorxaq vəkillik formalaşdığını onun diqqətinə çatdırım”.

Category: XƏBƏRLƏR | Views: 35 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar