search
menu
person

NEWS AND UDATES


16:47
Tarixən də talışların cəsarətli və döyüşkən olması xüsusi olaraq vurğulanıb

Tarixən də talışların cəsarətli və döyüşkən olması xüsusi olaraq vurğulanıb


Salam dəyərli Bolilər.
İlk öncə bunu yazmaqda məqsədimi qısa bir şəkildə açıqlamaq istəyirəm ki, sonradan işin əsas məğzi xaricində suallar ortaya çıxmasın. 
Azərbaycanda illərdir bir talış olaraq qarşılaşdığım problemlər məndə məcburi olaraq suallar yaratdı və mən də bu suallara cavab axtarmaq məcburiyyətini özümdə hiss etdim. Qarşılaşdığım problemlər nələr olduğuna gəlincə qısa şəkildə bir neçə nümunə ilə göstərdikdən sonra əsas məsələyə keçmək istəyirəm.
Xatırlayıram ki, 2003 cü ildə əskərlikdən təxiris olunduqdan sonra aktiv şəkildə iş axtarışına çıxdım. Valideynlərimlə Bakıda kirayə qaldığım binada yaxın qonşularım belə iş axtardığımı bilirdilər. Bir müddət sonra qapı qonşum mənə özünün işlədiyi tikinti müəssisəsinin yeni bina tikintisi üçün təcili işçi axtardığını və ora getsəm qəti şəkildə işləyə biləcəyimi mənə bildirdi. Səhəri gün qonşumun dediyi yerə  getdim və orada işləyən fəhlələrlə də görüşüdüm əmin oldum ki,  həqiqətən də həmin müəssisə əlimyandıda işçi axtarır ( tikinti şəhərin mərkəzində olduğu üçün tikintini tez başa vurmaq məcburiyyətində olduqları üçün) lakin orada olan məsul şəxsə müraciət etdim. Həmin şəxs bir az mənimlə bağlı məlumat aldıqdan sonra hal hazırda onların işçiyə ehtiyaclarının olmadığını və ehtiyac yaranarsa mənə bildirərəcəklərini dedi. Bir neçə müddət sonra qonşum məndən təkrar soruşduqda mən ora getdiyimi lakin hələ xəbər gözlədiyimi dediyimdə onlar hələ də işçi axtardıqlarını və mənim də fiziki cəhətdən tam sağlam olduğum üçün nəyə görə çağırılmadığımı  bildirərək təəccübünü gizlətmədi. Bu kimi hallarla təhsil aldığım, işlədiyim, adi vaxtlarda da  uzun müddət dəfələrlə qarşılaşdığım üçün suallara cavab axtarmağa başladım. 

   Özümə verdiyim ilk sualım bu kimi hallarla təkcə mən qaşılaşıram . Araşdırmalarımdan mənə aydın oldu ki, bu kimi hallarla təkcə mən yox Azərbaycanda çox insanın rastlaşdığı, lakin onların içərisində talışların daha çox qarşılaşmasıdır (baxmayaraq ki  , sovet dövründən talışlar Rusiyaya işləmək və yaşamaq üçün daha çox üz tuturlar və talışların içərisində iş axtaran az olmalıdır). 

İkinci sual nəyə görə bu kimi hallarla talışlar qarşılaşır?
Cavab bir dəfə bir idman yarışında iştirak edirdim. Yarışda fasilə zamanı Qubadan olan məşq yoldaşım bilmədən“ Biz türklər Qubadan olan ləzgi idmançıları imkan vermirik ki , qabağa çıxsınlar Qubada harada görürük onları döyürük 2023 cü ildə türklər dünyaya hökm edəcəklər”  (özü Qubadan olduğu və mənim də talış olduğumu bilmədiyi üçün) deyib fikrini bildirdi. Mən də ona düzgün düşünmədiğini və bununla mənə qarşı da hörmətsizlik etdiyini bildirərək iradımı bildirdim.

Üçüncü əsas sualım da nəyə görə bizlər bu haldan çıxış yolu tapmırıq və hər zaman da belə hallarla qarşılaşırıq?
Cavab qəti və konkret. Bəzi talışların özünə inamın zəif olması və həddindən artıq başqalarına həsəd aparmasıdır (səbəbini qarşıda problemlərdə göstərəcəyəm).

 Hal hazırda Siz talışlar xarici ölkədə çox böyük işlər görürsünüz. Bunun üçün Sizlərə dərin təşəkkürümü bildirirəm. Lakin bütün yüklərin Sizin üzərinizdə olması biz talışları həm rahatlığa öyrətmiş, həm də məsələdən kənar düşərək olan bitənlərdən xəbərsiz qalmasına səbəb olur. Odur ki, Sizdən xahiş edirəm ki, talışlara elə bir informasiya çatdırın ki, biz gördüyümüz işlərin hansının bizə xeyir hansının isə ziyan gətirəcəyini anlamış olaq. Xeyir gətirdiyimizdə sevinək ziyanda isə heç olmasa səhvimizi düzəldərək bir daha bunu təkrarlamaq üçün səy göstərək.
Aşağıda qeyd etdiklərimi Siz məndən daha yaxşı bilirsiniz. Yazdıqlarım sadəcə mənim şəxsi düşüncəmdir və səhvim olduğu halda indidən üzr istəyirəm və mənə iradınızı bildirmənizi xahiş edirəm.
Təklifimdən öncə hal hazırda talışların yaşadığı əsas problemlərini bildirmək istəyirəm. 

Birinci problem: öncədən də öz başıma gələn hadisəni anlatdığım üçün ilk növbədə talışların yaşadığı problem issızlıqdır ki, bu da işləmək istəyən talışları bəzi pantürkçülərin diktəsi ilə oturub durmağa sürükləyir. 

İkinci problem: Özünkünə qarşı biganə başqalarına qarşı isə həddən artıq diqqətcil olmağımız hal hazırkı vəziyyətdə bizi düşmənlərimizdən daha zəif vəziyyətə salaraq onların da bizim üzərimizdə güc əldə etməsinə səbəb olur.

Üçüncü problem: Fərdiyyətçi olmağımız. Çox zaman ümumi məqsədlər üçün olan maraqları fərdi maraqlarımıza qurban veririk. Misal üçün şəxsi problemi olan talışlar ümumi maraqlar işlərinə yarasa belə bir birinə zidd gedərək hər şeyi alt-üst edə bilirlər.

Dördüncü problem: İdeologiyanın olmaması və yaxud səhv yerlərdə axtarılması. əslində bu problemin bir qaynağı ikinci problemə bağlıdır. Ideologiyası olmayan insanlar gedəcəkləri yolun harada bitməsini bilməz və çox rahatlıqla uçuruma yuvarlana bilərlər.

Beşinci problem: Bəzi talışlar (mən də həmçinin) talış dilini ya bilmirik ya da az bilirik.
Indi isə üstünlüklərimizi bildirirəm. 

Birinci üstünlüyümüz: Talışlar çox cəsarətlidirlər. Tarixən də talışların cəsarətli və döyüşkən olması xüsusi olaraq vurğulanıb və son zamanlarda da Ələkrəm Hummətov  və yanında olan İnsanları buna misal olaraq görürük. 

Ikinci üstünlüyümüz: Talışlar döyüşkən olmalarına baxmayaraq ədalətlidirlər, sülhpərvərdirlər. Lakin bu xarakterimizin bizə xeyir gətirməsi üçün bizlərin məsələlərə analiktik kimi yanaşması lazımdır ki, düşmənlərimizin bundan sui istifadə etməsinə səbəb olmasın.

Üçüncü üstünlüyümüz: Əliaçıq olmağımız. Bu üstünlüyümüz də ikinci üstünlüyümüz kimi analitik düşüncəyə sahib insanlar üçün üstünlük lakin əks halda zərərimizə ola bilər.
Çox istərdim ki, bütün talışlar özlərinin zəif və üstün cəhətlərini bilsin, zəif yönlərini aradan qaldırsın və üstünlüklərini də inkişaf etdirsin. Bunun üçün hər bir talışın sistemli hərəkət edə bilməsi üçün yuxarıdan gələn göstərişləri düzgün şəxslər tərəfindən etibarlı yollarla gəldiyinə inanmalı və səy göstərmələri lazımdır.
Hər bir talış bu sistem əsasında üzərinə məsuliyyət götürməli ( bilməyənlərə başa salınmalı və məsuliyyət verilməli), öz mövqeyini bilməli və yeni nümayəndələri cəlb etməlidir.
Sistem qaydasına düşdükdən sonra onun inkişafı yolunda işlər görülməlidir. Bildiyimiz kimi talışlar əməksevərdirlər və xarici dilləri çox rahat şəkildə öyrənirik. Uyğun gedilə biləsi xarici ölkələrin siyahısı tərtib olunsun, cəsarətli və mərd talışların xaricdə təhsil ala bilməsi və onlara yardım edilə (istiqamət vermək) bilməsi üçün xaricdə təhsil müəssisələri ilə əlaqələr qura bilən xarici dili yaxşı və təhsil sistemlərini tanıya bilən məsul şəxslər müəyyənləşsin. Azərbaycanda yaşayan talışların sosial şəbəkələrdən daha effektiv edərək talışın dilini, mədəniyyətini və.s təbliğ edə bilməsi, onu tanıda və problemlərini dünyaya çatdıra bilməsi üçün SSM mütəxəssislərinin bir araya gəlməsini təmin edilsin (hal hazırda bu işi görən talışlar pərakəndə şəkildə işlərini gördükləri üçün effekt azdır). Talış iş adamlarına talışları işə almaları üçün və işdə daha diqqətli və anlayışlı olmaları üçün təkliflər edilsin və işsiz talışların onlarla əlaqə qura bilmələri üçün (qəzet, sosial şəbəkələr, saytlar, əlaqələndiricilər vasitəsi ilə) şərait yaradılsın və uyğun olduğu halda kvota tətbiq edilsin. Bu talışların sistemə daha çox inanmasına və bağlanmasına gətirib çıxaracaq. Bütün talışlara fərdi maraqları naminə  ümumi maraqlarını qurban verilməsinə qəbuledilməz olduğu çatdırılsın, lazım gələrsə fərdi maraqlarını ümumi maraqlar üçün qurban verilməsinə elə özümüzə xeyri olacağını dərk etmək üçün məlumat olaraq çatdırılsın. Talış dilinin öyrənilməsi üçün mədəniyyət mərkəzi yaradılsın və bütün talışlara pulsuz talış dili dərsləri keçirilsin, imkan olduğu halda bu dərslər elektonlaşdırılıb sosial şəbəkələr, yotub və sairə vasitəsi ilə talışlara çatdırılsın və bu işdə kömək etmək üçün könüllülülər birliyi yaradılsın. Həmin mədəniyyət mərkəzi cənnət məkanımızı, onun tarixini, mədəniyyətini dünyaya çatdırılması üçün reklam, tanıtım, təbliq işləri görsün. Bu həmçinin oraya turist axını olacağı üçün orada yaşayan insanlara da həm iş imkanı həm də problemlərimizi dünyaya çatdırmaq üçün imkan yaradacaq. Dünyadakı müasir texnikalardan, iş, təhsil, təlim və.s imkanlardan xəbərdar etsinlər onlar üçün mərhələli tabeçilik sistemi (əgər olacaqsa) əsasında mükafatlar, imkanlar (biznes, təhsil, səyahət və.s) verilsin. 

Dəyərli vaxtınızı ayırıb mənim yazdıqlarımı oxuduğunuz üçün Sizə öncədən dərin minnətdarlığımı bildirirəm və  ümid edirəm ki, bu yazdıqlarımdan səhvlərimi tutub mənə iradınızı bildirəcəksiniz və  saf niyyətimə güzəştə gedib bağışlayacaqsınız.
Hörmətlə.

İlqar     tolishstan.com .
 
Category: TMH XABAR | Views: 201 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $