search
menu
person

NEWS AND UDATES


21:55
Tatların təsərrüfat və məişət adətləri

Tatların təsərrüfat və məişət adətləri  




Azərbaycan Respublikasında türkdilli azərbaycanlılarla yanaşı tatlar, ləzgilər, kürdlər, talışlar, avarlar, ingiloylar və başqa azsaylı xalqlar, etnik qruplar və milli azlıqlar da yaşayır. Bu xalqlar müxtəlif dövr¬lərdə dilçilərin, tarixçilərin, sənətşünasların diqqətini cəlb etmiş, on¬ların dili, tarixi, etnoqrafiyası müəyyən dərəcədə tədqiq olunmuş¬dur. 

Azərbaycan Respublikasında tatlar kompakt halda Abşeron, Xızı, Siyəzən, Quba, Dəvəçi (Şabran), Xaçmaz, Şəmkir, Şamaxı, Oğuz, Qəbələ və İsmayıllı rayonlarında yaşayırlar. Tatların əksər hissəsi indi əsasən Azərbaycan dilində danışsa da, bəziləri hələ də doğma dilini saxlayır, məişət və ailədə, bəzən, hətta ictimai yığıncaqlarda belə tat dilində danışırlar. Bundan başqa onu da demək olar ki, tatlar həmçinin Cənubi Azərbaycanın bir sıra vilayətlərində, Dağıstan və Şimali Qafqazda yaşayırlar.

Azərbaycan ərazisində yaşayan tatlar bu torpağın qədim və aborogen xalqlarından biridir. Bəzi alimlər göstərirlər ki, tatların et¬nik adı olan “Tat” etnonimi türk sözü olub, qeyri-türklərə (türk olmayan başqa tayfalara), sonralar tacik, fars və sair adlandırılmış bütün irandilli xalqlara verdikləri nisbi addır: sonra bu söz etnik ada - Tatların etnoniminə çevrilmişdir. Bəzi alimlərə görə isə tat sözü “savadlı”, “şəhərli”, “oturaq həyat keçirən”, “əkinçi” kimi mənalar verir.

“Dədə Qorqud” dastanlarında bu sözə “Tat əri” (Tat kişisi mə¬nasında) ifadəsində rast gəlinir. 

Mahmud Kaşğari isə “tat” sözü qarşısında “Tatsız türk bulmas, başsız börk” zərb-məsəlini verərək, bu sözü etnik ad - Azərbaycan ərazisində yaşayan qədim bir xalqın etnonimi kimi hesab etmişdir. 

Bəzi tədqiqatçılara görə, bizim era¬nın V-VI əsrlərində Şimal tayfalarından qorunmaq üçün İrandan Azərbaycana köçürülmüş bəzi irandilli tayfalarla hələ Orxon-Yenisey türk yazılarında Gültəkinin şərəfinə yazılmış Kiçik abidənin 12-ci sətrində (... on ox oğullarından tutmuş Tatlara qədər ...) adı çəki¬lən tat etnosunun hər ikisi eyni adlı xalqdır. Hər halda bu bir həqi¬qətdir ki, tatlar da bu ərazidə qədim dövrlərdən mövcuddurlar və burada yaşayan başqa xalqlarla qaynayıb qarışaraq vahid Azərbaycan xalqının formalaşmasında fəal iştirak etmiş, öz etnik dillərini bu günümüzə qədər qoruyub saxlaya bilmişlər.

İlk öncə onu qeyd etmək lazımdır ki, Tat dili Pəhləvi (İran) dil qrupun aid bir dildir. Ümumiyyətlə Azərbaycanda tatların yerləşdiyi ərazilərə və ləhcələri aralarındakı müxtəlifliyə görə Tat dili üç böyük və digər qru¬plara bölünür:
1. Tat dilinin Şimal ləhcələri: bura Quba, Dəvəçi (Şabran), Qonaq-kənd və Qızıl Qazma ləhcələri (Xızı rayonu);
2. Tat dilinin mərkəzi: Ərüsküş-Daqquşçu, yaxud Xızı ləhcəsi (Xızı rayonu);
3. Tat dilinin Cənub ləhcələri: bura əsasən Abşeron, Balaxanı, Suraxanı, Lahıc və Məlhəm (Şamaxı) ləhcələri daxildir.
4. Yəhudi ləhcəsi: bura Qafqaz ərazisinə köç edərək Azərbaycanda yaşayan Dağ yəhudiləridir ki, hansı ki, “Zuhun Cuhuri” (tərcümədə Cuhud dili) adlandırdıqları və hazırda danışdıqları dil, Tat dili ilə demək olar ki, eynilik təşkil edir.

Azərbaycan Tatları haqqında yazan müəlliflər onların bu əra¬zidə məskunlaşması məsələsinə müxtəlif cür yanaşmış, bu barədə vahid fikrə gələ bilməmişlər. Mənbələr də Tatlarm Azərbaycan ərazisinə mühacirəti, yaxud hansı dövrlərdən bu ərazidə aborigen xalq kimi mövcudluğu haqqında dəqiq məlumat vermirlər. 

Bəziləri sadəcə olaraq belə də qeyd etmişlər ki, Tatlar Zaqafqaziyanın, o cümlədən Azərbaycanm qədim zamanlardan mövcud olmuş “qədim sakinləri”dirlər, lakin “qədim zamanlardan burada yaşayan qədim sakinlərin” burada yaşama tarixinin xronoloji sərhədi göstərilməmişdir. 

Tatların qədim Azərbaycan tayfaların¬dan olduğunu, mövcudiyyətləri dövründən bu ərazidə (Azərbaycan və Alban, daha sonra Azərbaycan və Aran ərazilərində) yaşadıqla¬rını, deməli, onların məskunlaşdıqları coğrafi ərazilərə köçmədik¬lərini, onların həmin yerlərdə avtoxton olduqlarını və lap qədimlərdən bu yerlərdə yaşadıqlarını qeyd edən alimlərin hətta bəziləri belə də yazmışlar ki, “keçmişdə güclü tayfalardan olan Tatlar bu yerlərin sahibi olmuşlar: onların Azərbaycan ərazisinin çox hissəsində Azərbaycanlaşmalarına (türkləşmələrinə - M.H.) baxmayaraq, Bakı-Şirvan vilayətlərində indi də qalırlar”.

Azərbaycan orta əsr tarixinə aid geniş məlumat verən Məsudi özünün “Mürüc əz-zəhəb və məadin əl-cövhər” adlı əsərində Bab-ül-əbvab və onun ətrafında yaşayan xalqlardan, onların dilin¬dən bəhs etmişdir. O, Rubas çayı hövzəsində yerləşən Təbərsəran (Məsudidə “Təbəristan”) qalasından bəhs edərkən göstərir ki, “qədim dövrlərdən bu qalanın əhalisi dağlılardan (ləzgilərdən - M.H.) və Tatlardan ibarət idi”.
Bəzi tədqiqatçılara görə, “qədim İran tayfalarının nəslindən olan” Tatlar qədim zamanlardan bu ərazilərdə (Azərbaycanın bəzi rayonları nəzərdə tutulur - M.H.) yaşayırlar”.

Bəzi tədqiqatçılar isə daha qədimə gedərək yazırlar ki, Tatlar eramızdan xeyli əvvəllər Azərbaycana köçüb türk və İberqafqazdilli tayfalarla yanaşı burada məskən salmış tayfalardandırlar.

Bəzi alimlər də Azərbaycan ərazisində yaşayan Tatlar türkdilli xalqlarla ən qədimlərdən Azərbaycanda birgə yaşadıqlarını yazmışlar.


Tatlarda etiqad

Tatların səma cisimlərinə etiqadı, onların dərdlərə şəfa verə biləcək inamı çox maraqlıdır. Tatların əqidəsinə görə Günəş kimi Ay və ulduzlar da ilahi qüvvəyə malikdirlər. Ağır dərdə, ruhi sarsın¬tıya düçar olmuş xəstələri müalicə etmək üçün Tatlar gecə su və ya süd tökülmüş qabı evin damı üstünə, yaxud həyətə çıxarır, xəstə adam həmin qabın içinə baxır, Ay, ya da ulduzların əksini orada görən kimi xəstə qabın içindəki su və ya südü başına çəkib birnəfə¬sə içməlidir. Guya xəstə bundan sonra şəfa tapacaqdır. Burada heç şübhəsiz qədim dindən qalmış bir adət - səma cisimlərinin sakral gücünə inam etiqadı öz əksini tapmışdır. 

Maraqlıdır ki, belə bir adə¬tin Hindistanın Oud rayonu müsəlmanlarının məişətində eynilə qal¬dığını L.Y.Ştemberq də öz əsərində ətraflı şərh edir. Bədənə daxil olmuş kənar və bəd ruhların xəstə bədənindən “qovulması” üçün belə bir müalicə üsulunun Avestada da təsvir olunduğunu nəzərə alsaq Tatların məişətində qalan Aya və ulduzlara inamın mənbə və mənşəyi məlum olar. 

Tatlar müəyyən bir əhd edərək həmin arzunun yerinə yetirilib-yetirilməyəcəyini bilmək üçün də səma ci¬simlərindən “kömək diləyir” və bunun üçün gecə quyu suyuna, bu¬lağın duru suyuna, vedrə və ya teşt içərisindəki suya baxır, orada Ayı və ya ulduzları görərsə sevinir, istəyinin yerinə yetiriləcəyinə inanır. Bu da yenə də İslam dinindən deyil, Zərdüşt təlimindən irəli gələn bir inam və etiqaddır.

Tatlar İslam dinin sünni və şiə təriqətlərinə mənsubdurlar: yə¬ni Tatlar içərisində həm sünnilər və həm də şiələr vardır. Bəzi müəlliflər vaxtilə səhv olaraq müsəlman Tatlarının yalnız şiə olduqlarını qeyd etmişdilər. Lakin sonradan bu səhv müddəanı təsdiq edən və müsəlman Tatlarının İslam dininin hər iki - sünni və şiə qollarına mənsub olduqlarım haqlı olaraq qeyd edən alimlər də olmuşlar. 

Keçmişdə atəşpərəst olan, Zərdüşt dininə sitayiş edən Tatlar ərəblərin işğalından sonra Azərbaycan ərazisinin başqa tayfaları ilə bərabər İslam dinini qəbul etmiş, müsəlmanlaşmışlar. Lakin Tatlar İslam dinini qəbul et¬sələr də öz dini adət-ənənələrini tamamilə unutmamış, gizlində də olsa özlərinin bu və ya başqa qədim ayininə sadiq qalmışlar. 

Onlar Günəşə and içər, odu, yaxud lampanı günəşin yerdəki nümayəndəsi hesab edər, ona müqəddəs varlıq kimi yanaşarlar. Tatların ən əziz andları indi də “günəşə and olsun” (bə afta sögənd), “oda and olsun” (bə ataş sögənd), “çırağa and olsun” (bə ləmpə sögənd) və s. kimi ifadələrdir. 

Tatlarda ocağın üstünə su tökmək günahdır. Odun üstünə su tökülsə guya ailəyə bədbəxtlik üz verər, ailədə kim¬sə ölər. Od guya insanı bəlalardan qoruyur, ona görə də səfərə çıxanın, səfərdən gələnin, gözəl uşağın, çox südlü heyvanın başına duz çevirib əvvəldə göstərdiyimiz kimi onu bəlalardan hifz etmək üçün odun üstünə atarlar. Guya üstünə duz tökülən od çırtıltısı ilə nəzəri qəbul edir, bəd nəzərləri yandırıb kül edəcəyini vəd edir.
Şübhəsiz ki, bu qədim dövrlərdən bu günə qədər qalmış adətin - oda ilahi münasibətin qalığıdır.


Tatların məişəti, adət və ənənələri

Əsrlər boyu Tatların təsərrüfat həyatı, məişəti, adət və ənənələri bütün Azərbaycan xalqı ilə eyni səviyyədə və vəhdətdə inkişaf etmişdir. Tatlar Azərbaycan ərazisində yaşadıqları vaxtlardan burada yaşayan yerli əhali ilə sıx qarşılıqlı təmasda olmuş və onların etnoqrafik ənənələri də bu qarşılıqlı təsirə məruz qalmışdır. Ona görə də Tatların etnoqrafik ənənələrini ümumi Azərbaycan xalqının etnoqrafiyası baxımından öyrənmək lazımdır. 

Yaşadıqları əraziyə görə Tatlarda təsərrüfat həyatı müxtəlif sahələr üzrə inkişaf etmişdir. Quba-Xaçmaz zonasında yaşayan Tatlarda bağçılıq, Dəvəçi (Şabran) -Abşeron zonasında yaşayan Tatlarda isə üzümçülük xüsusilə daha çox yayılmışdır.

Məlumdur ki, Azərbaycanda Quba, Qusar, Xaçmaz rayonları meyvəçilikdə xüsusi yer tuturlar. Bu təsərrüfat sahəsinin geniş yayılması, uzun əsrlər boyu meyvəçilikdə müxtəlif el adətlərinin yaranıb inkişaf etməsinə təsir göstərmişdir. Meyvənin yetişdirilməsi, yığılması və emalı sahəsində müxtəlif üsullardan Tatlar da istifadə edirlər.

Dəvəçi (Şabran) - Abşeron zonası Azərbaycan üzümçülüyünün tarixən inkişaf etdiyi ərazilərdən biri olmuşdur. Əlbəttə, bu işdə Tatların xidmətini də qeyd etmək lazımdır.

Uzun müddət əsasən kəndlərdə yaşamaqla əlaqədar Tatların təsərrüfat həyatında maldarlıq və əkinçilik xüsusi yer tutmuşdur. Təsərrüfatın bu sahələri üzrə Tatlar daha çox təcrübə qazanmış və bu təsərrüfat sahələri üçün lazım olan bütün işləri vaxtında görə bilmişlər.

Dəniz sahilində yaşayan Tatlarda (əsasən Dəvəçi (Şabran) - Abşeron zonasında) balıqçılıq, şimal-dağ kəndlərində (əsasən Quba-Xaçmaz zonası) yaşayan Tatların təsərrüfat həyatında isə bir məşğuliyyət kimi ovçuluq və arıçılıq da mühüm yer tutmuşdur.

Tatlar Azərbaycan ərazisində yüksək sənətkarlıq mədəniyyətinə malik olmuşlar. İstər daşişləmə, metalişləmə, misgərlik, dulusçuluq, dəmirçilik, zərgərlik, rəssamlıq və istərsə də toxuculuq və tikmə sənəti sahəsində Tatlar mühüm nailiyyətlər əldə etmişlər. Hazırda da İsmayıllı rayonunun Tatlar yaşayan Lahıc kəndində misgərlik sənəti öz yüksək inkişaf səviyyəsini saxlamaqdadır. 

XIX əsrdə Lahıc təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada misgərliyin başlıca mərkəzi sayılırdı. Kəndin 1000 nəfərədək sakini misgərlik və onunla bağlı peşələrlə məşğul olurdu. Sənətkarlığın başqa sahələri də hal-hazırda Tatlar arasında yaşayır.

Tatlarda sənətkarlığın spesifik növlərindən biri olan xalçaçılıq müəyyən xüsusiyyətlərlə inkişaf etmişdir.

Xovlu və xovsuz xalça növlərini Tatlar xüsusi ustalıqla toxumuş və onların əl işləri Azərbaycan xalça sənətinə böyük şöhrət gətirmişdir.

Azərbaycan xalçaları kompozisiya zənginliyinə, naxış elementlərinin orijinallığına, rəng koloritinə görə digər Şərq xalçalarından fərqləndiyi kimi, Tatların toxuduqları xalçalar da bütün əlamətlərə görə Azərbaycan xalçaları içərisində xüsusi yer tutur. Xalça növlərində xalı, gəbə, palaz, sumax, kilim, cccim və s. toxunması Tatlar arasında geniş yayılmışdır.

Tatların bütünlüklə adət və ənənələri bütün Azərbaycanda mövcud olan ənənələrin tərkib hissəsidir və heç bir cəhətdən ondan fərqlənmir. Bu adət və ənənələr sırasında geyim və bəzək adətləri, qonaqpərvərlik, ailə münasibətləri, toy və ölüm adətləri, müxtəlif dini mərasimlər və s. göstərmək olar.

Geyim və bəzək adətlərində Şərq elementlərinə üstünlük, qonaqpərvərlikdə qonağa xüsusi hörmət və məhəbbət, ailə münasibətlərində yüksək əxlaqi keyfiyyətlər, toy adətlərində Şərqə xas olan bəzi cəhətlər Tatların məişət adətlərinin əsasım təşkil edir.

Beləliklə, Tatların təsərrüfat və məişət adətləri haqqında bu qısa qeydlərlə çoxlu təsəvvürlər əldə etmək mümkündür. Çünki bu adətlər bütün Azərbaycan xalqının ənənələri ilə üst-üstə düşür.

Qeyd etmək istərdim ki, professor Maqsud Hacıyevin “Azərbaycan Tatlarının dili”, “Tatların tarixi-etnoqrafik oçerki” kitabında Tatlar haqqında geniş məlumat verilmişdir və bu yazımda bir çox məqamları həmin kitaba istinad edərək yazmışam. 

http://multikultural.az/az/medeni-muxteliflik/173/tatlarin-teserrufat-ve-meiset-adetleri-/?fbclid=IwAR3yJDwXB4_ws2Nurkx5IWdW54Vy5KMT_DoSGPC2Mv5FYrXmQ6l86vt71kQ
Nurlan Tat
tolishstan.com

Category: XƏBƏRLƏR | Views: 124 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $