/ Новости сайта / TMH XABAR / TMH və TMMR - ın Mühacir hökümətinin İnsan haqlarının müdafiə Komisiyasının,  Beynəlxalq İctimaiyyətə birgə M Ü R A C İ Ə T İ :
04.06.2020

TMH və TMMR - ın Mühacir hökümətinin İnsan haqlarının müdafiə Komisiyasının,  Beynəlxalq İctimaiyyətə birgə M Ü R A C İ Ə T İ :

242 0 TMH XABAR
Talış Milli hərəkatı və
Talış Muğan Muxtar Respublikasının Mühacir hökümətinin İnsan haqlarının müdafiə Komisiyasının,
 Beynəlxalq İctimaiyyətə birgə 

                                     M Ü R A C İ Ə T İ :


Bütün dunyanı az qala lərzəyə salıb, böyük nigarançılıq və narahatçılıq yaradan, yaşam mübarizəsinə hamılıqla insanlığı mücadiləyə səfərbər edən, pandemiya, kovid-19 virusu, helə o qədər bəşəriyyət üçün təhlükəli olan ölkə diktator-rəhbərlərinin əlinə qisasçılıq, rəqib saydıqlarının məhvində böyük fürsət, imkan yaratmışdır!
Belə ki, biləvasitə, ən azından, Azərbaycan Respublikasının 1-ci xanım-vitse prezidenti Mehriban xanım Əliyevanın, dövlət məqamlarında anormal davranışlarını görüb, özünəməxsus ironik formada tənqid edənlər və birbaşa fikir və yazıb-danışdıqlarına görə digər ölkələrdən (Rusiya Federasiyasından və Ukrayınadan) sözün həqiqi mənasında, talanan xalq əmlakı hesabına oğurlatdırıb, gətirilərək məhbəsə salınan Fəxrəddin Abbasov və Elvin İsayevin taleyi, yaşamı ciddi narahatçılıq yaradır!
 Onsuz da. AR-da müstəqil, həqiqi vəkil təəssisatı tam məhv edilib, agent-dəllal yığınına çevrildiyindən, ölkənin Kürdəxanı qəsəbəsində yerləşən, 1 saylı istintaq təcridxanası adlanan, lakin insanlığın təhqir və alçaltma müəssisəsinə, ən yüksək məqam sahibləri tərəfindən çevrilən məhbusxanasında, nə Fəxrəddin Abbasovun, nə də Elvin İsayevin yanına vəkil qismində kimsə buraxılmır, “qanunlarla” verilən telefon zəngləri və yaxınlarla görüş imtiyazlarına, sərt qadağalar qoyulub!  Orada onlar sağdırlarmı ?... Heç kim bilmir!...
Türkiyə Respublikasında qeydiyyatda olub, fəaliyyətini quran “Palmali” şirkətlər qrupunun sahibi və qurucusu, milliyyətcə Talış, mesenant-xeyriyəçi kimi böyük hörmətə malik Mübariz Qurbanəli oğlu Mənsimov, son illərdə həm də Azərbaycan Respublikasının rəhbərliyinin daxili, sosial-iqtisadi siyasətlərinin qusurluluğundan  müsahibələrində danışdıqlarına görə, rəhbər cütlüyün İlham-Mehriban Əliyevlərin qəzəbinə tuş gəlmiş, bir aya yaxındır ki, Türkiyə təcridxanasında sakit ölümə məhkum edilmişdir! 
 Suriyanın İdlib əyalətində Rusiya Federasiyası silahlı qüvvəlləri ilə üzbəüz döyüşlərdə, Türk ordusunun məğlubiyyəti, həm də Türkiyə prezidenti R.T.Ərdoğanın karyera məhvi, məğlubiyyəti idi, xilası İlham-Mehriban cütlüyünün, M. Mənsimovun məhvində həm də maraqlı olan V.V.Putindən, döyüşləri dayandırmaq xahişinin etməsindən keçirdi! 
 Xahiş edildi və...əvəzində R.T.Ərdoğanın avtoritar-diktator imkanlarından istifadə ilə, vicdansızcasına, növbətçi-saxta ittihamlarla Mübariz Mənsimovun ölümünə start verildi və icrasında qərarlı görünürlər!
Talış Milli Hərəkatı və TMMR-nın Mühacir hökümətinin İnsan haqları komissiyası olaraq, Bəşəriyyətin mütərəqqi icmasından xahiş edirik ki, böyük təhlükə olan koronavirus-kovid-19 virusiylə mübarizədən vaxt taparaq və həm də bu virus qədər təhlükəli olan, yuxarıda adlarını çəkdiyimiz avtoritar-diktatorların düşünülmüş formada rəqib saydıqlarının, antinsani qaydalarda qətletmə əməllərinə DUR deyəsiniz!

              TMH-nın sədri,

              Ə. Hümmətov.


TMMR-nın İnsan haqları komisiyasının sədri,
              R. Mirzəyev.

tolishstan.com
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *: