search
menu
person

NEWS AND UDATES


14:51
TMMR-in Gənclər,İdman və Turizm nazirin müracəti
Azərbaycan Respublikası Idman və Gənclər naziri cənab Azad Rəhimova, Talış Muğan Muxtar Respublikası Mühacir hökümətinin Gənclər, İdman və Turizm vəzirindən Muraciət: Dəyərli Kolleqa, Uzun illərdən bəri, təyin edildiyiniz vəzifədə, şəriştəsizliyiniz və xalqa, onun gəncliyinə sayğısız münasibətinizdən, buraxdığınız səhvlər ucbatından, bütün ölkədə, o cümlədən,Talış mahalında, daha çox Talış xalqının kompakt yaşadığı bölgələrdə, gəncliyə Dövlət münasibəti və qayğısı tam iflasa uğramış və... yoxdur! Gəncliyin məşğulluğu barədə fikir söyləmədən, onların təhsilinin qurulmasının ağır səbəblərindən danışmadan, çünki bu sahələrin Sizin kurasiyanıza aidiyyəti yoxdur, diqətinizi onların , asudə vaxtlarının təşkili, sağlam həyat tərzinin qurulmasına istiqamətləndirməyə cəhd etmək fikrindəyəm. Hörmətli kolleqa! Az qala, Muxtar Respublikanın bütün gəncliyi idmanın kollektiv növü olan futbola maraq və azərkeşliyinin inkişafına təkan verən, “Xəzər Lənkəran” komandasının fəaliyyətinin, milli-ictimai səbəblərdən, dayandırılmasına, vaxtı ilə, münasibət bildirmədiyinizdən, bu gün artıq Lənkəranda futbol meydancasıda biznes maraqlarına qurban verilərək satılır. Muxtar Respublika ərazisində, gənclərin sağlam və mənalı həyatının təşkilinin digər sahələri də, Dövlət qayğısından və inkişafının qurulmasından ciddi şəkildə yayınma, bütövlükdə Ölkənin gələcəyinin təminatı olan gəncliyin, qeyri sağlam həyat qaydalarına, hesab edirəm, Sizin və təmsil etdiyiniz hökümətin bilavasitə düşünülmüş cəhdi ilə yönəldilmişdir. Cinayətkar mühütün qaydalarına meyil və narkomaniyanın ən ağır növlərinə mübtəlalıq, mahalın bütün bölgələrində geniş vüsət almış və məcburuq ki, Sizə müraciətlə, öz həyacan nidamızı ucaldaq! Əgər bu və gəncliyin məhvinin, köç etməsinin digər səbəblərini aradan qaldırma imkanlarından mərhum və bacarıqsızsınızsa, ehtiraf etməkdə, özünüzdə güc tapın! Böyük hörmətlə, Talış Muğan Muxtar Respublikasının Gənclər, İdman və Turizm vəziri İlham Babazadə
Категория: TMMR XABARLAR | Просмотров: 75 | Добавил: tmmr_2018 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
https://www.accuweather.com/az/az/lankaran/29090/daily-weather-forecast/29090