13:35
TMMR ın Mühacır hökumətin naziri Talış bölgəsində təhsilin səviyyəsi aşağa olmasından narahatdır!
TMMR ın Mühacır hökumətin naziri Talış bölgəsində təhsilin səviyyəsi aşağa olmasından narahatdır!

Astara rayonu Talış bölgəsinin ən ucqar hissəsində yerləşir, ucqar bölgə olduğuna görə, gözdən uzaq olan bu rayon həm də diqqətlərdən də kənarda qalıb. Rayonun təhsil səviyyəsi demək olar ki məktəblərin deyil, repititor müəllimlərin ümidinə qalıb, şagirdlərə məktəblərdə demək olar ki təhsil ilə bağlı heç bir şey öyrədilmir. Ucqar dağ kəndlərində isə məktəblərdə müəllim çatışmazlığı, inventar çatışmazlığı, qışda məktəbin isidilməsi üçün odun- qaz tədarükü və sair problemlər ciddi narahatlıq doğurur. Bütün bunların rayonun Təhsil şöbəsinin müdiri olan Rəşad Həsənov tərəfindən laqeyd münasibətinin nəticəsidir. Ən böyük problem isə, məktəblərdə olan Talış dilinin uşaqlara tədris olunmamasıdır, tapşırıq əsasında Talış dili fənni ya bədən tərbiyəsi fənni ilə əvəz olunur, ya da ki ümumiyyətlə tədris olunmur. Rəşad Həsənovun bir başa direktorlara verdiyi təlimat isə bu fənnin qəti şəkildə tədris olunmaması, ancaq ki dərs cədvəllərində bu fəndin adının yazılmasıdır. Nəticədə Talış dilinin və tarixinin assimilyasiya prosesi daha da surətlənir.
  Rayonda 8 məktəbəqədər uşaq müəssisəsi, 62 kitabxana, 28 klub, 5 mədəniyyət evi, biri rus dilli olmaqla 63 məktəb fəaliyyət göstərir, 62 məktəbdə 1-ci sinifdən 4-cü sinfə qədər həftədə 2 saat talış dili dərsləri keçirilməsi ilə bağlı sərəncam yerinə yetirilmir!
  TMMR Mühacir hökuməti olaraq ölkə rəhbərliyi və rayon rəhbərliyindən, regionun təhsilində olan bu boşluğun dərhal doldurulmasını, Universitetlərdə Talış dili müəllimlərinin hazırlanmasını tələb edirik!

Babək Mustafayev
Category: TMMR-nın Xəbərlər | Views: 119 | Added by: tmmrtalish | Tags: Babək Mustafayev | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: