search
menu
person

NEWS AND UDATES


18:50
TMMR in Mühacir hökümətinin, Gənclər, İdman və Turizm vəziri İlham Babazadənin

   Talış Muğan Muxtar Respublikasının müfəqqəti icraçı Mühacir hökümətinin, Gənclər, İdman və Turizm vəziri İlham Babazadənin, Muxtar Respublika ərazisindən, Azərbaycan Respublikasında, Dövlət və dövlət idarəçiliyindən bilavasitə və birbaşa imtina göstəricisi olan,- şərlənmə, böhtanatma, saxta üzədurmalarla, ədalət mühakiməsindən süni şəkildə məhrum edilərək, məhkum həyatına vadar edilənlərin, azadlığa buraxılması ilə əlaqədar, ölkədə hakimiyyəti mənimsəyən tayfa rəhbərindən tələb-

                                                                              M Ü R A C İ Ə T İ: 

    Nə qədər ki, Azərbaycan Respublikasında yaşayan Xalqlar sizə, cənab İlham Əliyev, dözür, səslərinin oğurlanması və saxtalaşdırmalarla elan edilən seçki nəticələrinə üsyan etmir, deməli, özünün rəhbəri, prezidenti kimi tanıyıb, qəbul edir! 
Biz də, Xalqlarımızın mövcud mütüləşdirilmiş durumuna, qəlb ağrısı ilə dözum göstərib, sizə müraciət edərək tələb edirik:
 -Hesab edirik, hərtərəfli və mükəmməl məlumatlandırılma sistemi, hələ atanız tərəfindən qurularaq, fəaliyyətdə olduğundan, sizin birbaşa göstərişiniz olmadan Azərbaycan Respublikasında Xüsusi xidmət orqanları, müstəqil olaraq heç bir tədbiri həyata keçirtmək imkanında deyillər;
 -Bu gün, Beynalxalq səviyyədə siyasi və vicdan məhbusu kimi Ölkə zindanlarında məhbəs hayatına duçar edilənlərdən, qat-qat çox, məzlum vətəndaşlar, birbaşa hakim ailənin tapşırıqlarını müticəsinə icra edən hüqüq-mühafizə, məhkəmə özbaşınalıqlarının icraçılarının qanuna sayğısızlığından və fərdi qisasçılıq istəklərindən məhkum həyatı yaşamaqdadır;
-Belə halların dayandırılması istiqamətində islahatların aparılmasına ehtiyac danılmaz dərəcədə vacibdır;
-Ölkədə, normal Dövlət qurularaq, dövlət-vətəndaş münasibətlərinə yenidən baxılaraq sənədləşdirilməsinin Beynəlxalq nümünələri öyrənilərək, tətbiqinin startının vaxtı çoxdan keçmişdir;
-Yuxarıda göstərilən və göstərilməyən çoxsaylı hüquqi boşluqların ucbatından, hazırda nahaq məhkum həyatı yaşayanların azadlığa buraxılmaları və ən yüksək səviyyədə, itirdiklərini, heç olmazsa, müəyyən qədər təmin edəcək kompensesasiyalar ödənilməklə, onlardan məxsusi üzr istənilsin! 
Müraciətin bütövlükdə, mütərəqqi Beynəlxalq ictimaiyyətin bütün səviyyələrdə çatdırılacağını bildirməklə, Ölkədə Dövlət varlığına hörmət etməyi sizdən, cənab Prezident, tələb edirəm!

Talış Muğan Muxtar Respublikasının müfəqqəti icraçı Mühacir hökümətinin Gənclər, İdman və Turizim vəziri:
 

Ilham Babazadə.

Category: TMMR XABARLAR | Views: 68 | Added by: tmmrtalish | Tags: Ilham Babazadə. | Rating: 0.0/0
Total comments: 0
avatar