/ Новости сайта / TMMR XABARLAR / TMMR in Muhacir hökümətinin İnsan haqları Komisiyasının,   bütövlükdə Azərbaycan ictimaiyyətinə, eləcədə, məxsusən Talış xalqına
31.03.2020

TMMR in Muhacir hökümətinin İnsan haqları Komisiyasının,   bütövlükdə Azərbaycan ictimaiyyətinə, eləcədə, məxsusən Talış xalqına

Talış Muğan Muxtar Respublikasının Muhacir hökümətinin İnsan haqları Komisiyasının,
        bütövlükdə Azərbaycan ictimaiyyətinə, eləcədə, məxsusən Talış xalqına


                                                                            M Ü R Ə C İ ƏT İ:

Dunya miqyasında tanınmış iş adamı, Mübariz Mənsimovun, birbaşa, qardaş deyilən Turkiyədə, həbs edilməsi, ciddi  narahatçılıq yaradır. Cəmiyyətdə bu hadisəyə olan fərqli münasibətlər, ikiqat narahatçılıq yaradır. Əvvəla, həbs olunan, -"yıxılan adam" haqqında şəxsi ədavəti büruzə verib, sevinmək, qəti insanlıqdan deyil. Adi kasıb, əyalət ailəsində böyüyən, heç bir arxa-dayağa malik olmayıb, belə bir sərvətə sahib olmaq, inkişaf etmiş dövlət başçılarının belə, dünya çapında tanıdıqları fiqur səviyyəsinə qalxmaq, sıradan, hər adamın işi deyil. 
Onun milli mənsubiyyəti ilə oynayıb qıcıq yaratmaq da şərəfsizlikdir. Yaşadığı ölkədə vəhşicəsinə qətlə yetirilən həmyerlisinin cənazəsini doğulduğu torpaqda dəfn olunmasına yardımçı olmağını, onun kriminal aləmlə bağlılığına işarə etməyin bir adı var: -əxlaqsızlıq...
Yeganə səhv addımı bizə elə gəlir ki, siyasətə baş qoşması idi. Əslində, iş adamının siyasətdə olması,  demokratik dövlətlərdə normal və vacib bir hal sayılır. Çox əfsuslar olsun ki, yaşadığı ölkədə belə hallar mümkün deyil. 

 TMMR-nın Mühacir hökümətinin İnsan haqları komisiyası olaraq, Mübariz  Mənsimova münasibətdə, yol verilən qeyri-hüquqi , nihilist-qərəzli münasibətə müqavimət yaratmaq məqsədi ilə, onun Beynəlxalq müdafiə komitəsinin quruculuğu barədə qərar verdik,  Bu sahədə digər bəylər  qabağa düşərək, həmin komitənin yaradılmasını elan etmələrini müsbət qiymətləndirib, bildiririk ki, Mühacir hökumətimizin tərkibində mövcud olan, İnsan haqları komisiyası, avtonom olaraq, eyni əzmlə, həm də, Mübariz Mənsimovun haqsızlıqlardan müdafiə işini, davam etdirəcəkdir!

   TMMR-nın Mühacir hökümətinin İnsan haqlarının müdafiə komisiyasının sədri,

      Rəhim Mirzəyev.
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *: