/ Новости сайта / TMH XABAR / TMMR -ın Mühacir Hökumati :Talış dilinin tədrisinə olan, bu kobud etinasızlığı, çox ciddi cinayyət əməli, - milli ayrıseçkilililik sayır və
18.02.2020

TMMR -ın Mühacir Hökumati :Talış dilinin tədrisinə olan, bu kobud etinasızlığı, çox ciddi cinayyət əməli, - milli ayrıseçkilililik sayır və

169 0 TMH XABAR
Azərbaycan Respublikasının prezidenti
Cənab İlham Əliyevə,
Məlumat və icra üçün:
AR-ın Baş naziri cənab Əli Əsədova,
AR-ın Təhsil naziri cənab Ceyhun Bayramova.


Talış (Tolış) dilinin tədrisi ilə bağlı ölkədə bir-neçə Talış ictimai təşkilatlarının birgə keçirdiyi monitorinqin nəticələri, Talış Muğan Muxtar Respublikasının Mühacir hökumətində müzakirə edilərək, qənaətə gəlir:
 Talış dilinin tədrisi, Respublikada talışlarının kompakt yaşadığı rayon məktəblərinin ibtidai  siniflərində, Ölkədə, ibtidai təhsilin icbari olması unudulmadan, başlanğıcda, həftədə 2 saat olmaqla keçirilməli idi! 
Sonralar, çox yəqin ki, Talış xalqının yaşamına xeyirxah olmayan münasibətdən, tədris həftədə 1 saat olmaqla, Təhsil nazirliyinin antimilli qərarına müvafiq, könüllülük əsasında keçirilməyə başlamışdır və eləcə də, Talış dili tədris olunan məktəblərin sayı  xeyli məhdudlaşdırılmışdır.
 Və həmçinin, həmən sərəncamda qeyd olunur ki, Talış dilinin tədrisi,- valideynlərin və şagirdlərin mütləq əksəriyyətinin istəyi və maddi texniki bazanın olduğu məktəblərdə keçirilsin?!
 Bu isə, icbariliyin şərtlərinə tam zidd olmaqla, həm də Dövlət adından hazırkı hökümətin maddi-texniki bazanın yaradılmasında maraqsız olmasını, qabarıq şəkildə , bir daha təsdiqidir!
Məxsüsi qeyd etməyi lazım bilirik ki, indiyə qədər, ölkə boyu, heç bir tədris müəssisələrində, Talış dili kadrları hazırlayan fakültələr yaradılmamış, kadr hazırlığına imkan verilməmişdir. 
Bu hesabdandır ki, Ölkə boyu, bir nəfər də olsun ixtisaslı talış dili müəllimi və mütəxəssisi yoxdur!
 Dərs saatları müəllimlərin dərs yükünü  tarazlaşdırmaq üçün onlar arasında bölünür, əksər hallarda talış dilini bilməyənlərə , hətta qeyri-talış mənşəli müəllimlərə həvalə edilir!
 Dərsliklər  və ixtisaslı kadrların olmaması, onunla nəticələnir ki, müəllimlər talış dili dərslərində başqa fənlərdəki geriləmələri , boşluqları doldururlar. Əldə etdiyimiz dəqiq məlumatlara əsasən və KİV-də gedən təhlillərə əsasən, Talış dili dərslikləri hazırlanaraq nəşr olunmaq üçün respublika nəşriyyatlarından birinə verilmiş, plana görə, 2019-20 tədris ilində məktəblərə paylanmalıydı. Lakin, Təhsil nazirliyi dərsliklərin nəşrini, nə üçünsə, nəşriyyatdan geri götürmüşdür!?
TMMR-ın mühacir höküməti Azərbaycan Respublikasında Talış dilinin tədrisinə olan, bu kobud etinasızlığı, çox ciddi cinayyət əməli, - milli ayrıseçkilililik sayır və qətiyyətlə dayandırılmasını tələb edir!
Talış Muğan Muxtar Respublikasının Prezidenti
     Ə.Ə.Hümmətov
TMMR Mühacir hökümətinin Sər vəziri
   R.Mirzəyev.


http://www.tolishstan.com/
 
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Календарь
«  Январь 2020  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Всего ответов: 10
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0