15:51
TMMR Mühacir hökümətin Gənclər, İdman və Turizm Vəziri  Ilham Babazade.
  TMMR MÜHACIR HÖKÜMƏTINDƏ HƏVALƏ EDILƏN GƏNCLƏR, İDMAN VƏ TURIZM VƏZIRI    ILHAM BABAZADE

Droud, əziz və hörmətli  TMMR vətəndaşları, dost və izləyicilərim. Mənə TMMR Mühacir hökümətində həvalə edilən Gənclər, İdman və Turizm Vəziri vəzifəsinə, Xidomuzun köməyi ilə əməli fəaliyyətə başlamaq nəsib olarsa (İnşallah tezliklə qismət olar), tam miqiyası ilə göstərməyi vacib bilməsəm də, əsas güc, bacarıq və imkanlarımı, aşağıda göstərdiyim sahələr və mətləblər üzərində qurulmasına cəhd edəcəyəm:                                    
                                                                                      ı. Gənclik                 

     1. Muxtar Respublikamızın gələcəyinin, taleyinin əsas sahibi olan gənclərimizin həyatınin qurulması, yaşamı, məşğuliyyəti, təhsili, peşə hazırlığı, asudə vaxtlarının səmərəli keçirilməsinə dövlət qayğısının qurulması;     

    2. Azərbaycan Respublikasında bəlkə də, düşünülmüş şəkildə, ən çox MR ərazisində yayılmış uyuşduruculuğa mübtəla olan gənclərin müalicəsi, onların normal həyata dönüşünə yönələn tədbirlər, ictimaiyyətin onlara münasibətinin yenidən qurulmasının təşkili, özünə inamlarının yaradılması, stabil işlə təmin olmalarının təminatı və s. fəaliyyət istiqamətləri gündəlik işim olacaq;                                                   3. Gənclərin mükəməl orta, ali, peşə-ixtisas təhsillərinə malik olmaları istiqamətində əlaqədar, MR vəzarətləri ilə əlaqəli fəaliyyət göstəriləcək;                                     

   4. Gəncliyin sağlam ailə-məişət quruculuğunda, müxtəlif metodlardan istifadə yolları axtarılmaqla, iştiraka cəhdlər ediləcək;                           5. Muxtar Respublika gəncliyinin peşə və təhsillərinə uyğun işlərlə təminatı uğruda mütəmadi, digər hökümət strukturları ilə, iş aparmaqla fəal, vətənə bağlı bir nəslin yaşamına öz töhfəsini verməyə, daimi cəhdlər edəcik.                                                                                
                                                                               
                                                                                   ıı. İdman                                                 

  1. Muxtar Respublika əhalisinin sağlam həyat tərzinin qurulmasında idmanın rolunun təbliğatı  və bu sahədə əməli tədbirlər daima həyata keçiriləcək;                             

   2. Hokumətin qarşısında daimi olaraq gəncliyin mütamadi olaraq idmana meyillədirilməsi siyasətinə təsir etmək vasitələri axtarılacaq və icrasında qətiyyət göstərəcəyik;                                                                   

   3. Dünya idman həyatının bütün növləri üzrə, uşaq və gəncliyin maraqlanması, cəlb edilməsi və iştirakı üçün, texniki baza imkanlarının qurulması, daimi diqqət mərkəzində olacaq;                                                             

  4. Kollektiv idman novlərinin inkişafı və kütləviliyinin ümuməhali səviyyəsinin qurulması üçün, bütün ərazilərdə idman meydançaları və qurğularının tikilməsi, qurulması fəaliyyətimizin əsas preoteti olacaq;                                                                           

  5. MR-nın əhalisinin fəxr edib, fəaliyyətini daimi diqqət mərkəzində saxlayacağı, hər cəhətdən, əsasən yerli idmançılardan ibarət, idman kollektivlərinin (futbol voleybol və digər) yaradılmasını, daimi diqqətdə saxlayacaq.                                                                            
                                                                              
                                                                                 ııı. Turizm                                       

   1. Müasir Turizm sənayesinin yenidən və səmərəli quruculuğu, Muxtar Respublika iqtisadiyatında böyuk rolu ola biləcəyinə əminlikə inandığımızdan, bu sahənin yenidən, müasir beynəlxalq standartları ilə qurulmasina, məxsusi diqqət ayrılacaq;                                                 2. Turizmin inkişafı,- onsuz da çox mehriban və qonaqsevər olan MR əhalisi arasında, daha əhatəli insani münasibətlərin qurulması, turistlər üçün cəlbedici şəraitin yaradılması yönundə, daimi işlərin qurulması;                                                                           

   3. Gözəl təbii imkanların olmasına rəğmən, bu imkanlar qoynunda, yeni, insana xidmətə yönələn obyektlərin qurulmasına invistisiyaların cəlb edilməsi yönundə işlərin qurulmasını diqqətdə saxlanmaqla, təbiətin təbii yaşamının qorunması, xüsusi qayği ilə əhatə ediləcək;     

   4. Turizm indisturiyasını yüksək səviyyədə mənimsəyən kadrların hazırlanmasına xüsusi diqqət veriləcək;           

   5. Dunya səviyyəsində, MR-da turizmin mədəni, kifayət qədər ucuz və səmərəli olması yolları axtarılmaqla, təbliğat və reklamının qurulmasına cəhdlərin reallışdırılması həyata keçiriləcək.
Dərin hörmətlə.           

   Ilham Babazade

Category: TMMR-nın Xəbərlər | Views: 399 | Added by: tmmrtalish | Tags: Ilham Babazade | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: