search
menu
person

NEWS AND UDATES


17:53
TMMR mühacir hökümətinin, əhalinin siyahiyəalınmasına vaxtından əvvəl start verilməsində yol verilən saxtakarlığa etiraz bəyanatı.
Talış Muğan Muxtar Respublikasının Mühacir hökümətinin,
 Azərbaycan Respublikasında,  növbəti onilliyin,  əhalinin siyahıyaalınmasına vaxtından əvvəl start verilməsi ilə əlaqədar, yol verilən saxtakarlıqlara etiraz

                                                                                B Ə Y A N A T I:

 Ölkə əhalisinin sayı, demoqrafik tərkibini dəqiqləşdirmək məqsədi ilə, Birləşmiş Millətlər Təşkilatının bilavasitə planlaşdırdığı əhalinin siyahıyaalınması, bu ilin oktyabr ayının 1-dən 9-a kimi keçirilməlidir. Siyahıyaalınmanın şəffaf, ictimaiyyətin və cəmiyyətin bütün maraqlı tərəflərinin iştirakı nəzərə alınmalıdır .İctimai fikirdə, eləcədə yaşamında, ciddi problemlərin yaranmasının  qarşısı alınmalıdır . Məxməri assimilyasiyaya məruz qalmasına iddialar səslənən xalqların mənafeyindən çıxış edə biləcək təşkilat və birlikləri nümayəndələrinin  iştirakı nəzərə alınmalıdır . Butun bunları nəzərə alaraq  komissiyalar yaradılaraq, elan edilməlidir.
 Lakin və böyük təəssüflərlə, vətəndə, əsasən Talış xalqının nümayəndələrinin kompakt yaşadığı ərazilərdən narahatedici xəbərlər almaqdayıq. Belə ki, hazırda, hakimiyyəti xalq iradəsinə zidd, saxta seçkilərlə, mənimsəyən mövcud rejim, ənənəsinə sadiqliyini ,  beynəlxalq təşkilatlar qarşısında hesabatlı olduğu bu tədbirdə də, daha qaba saxtakarlıqlarla davam etdirir.
 Siyahıyaalmanın keçirilməsinə hələ yarım aydan çox qalmasına baxmayaraq, artıq xeyli müddətdir İcra hakimiyyətlərinin yerli ərazi nümayəndələrinin birbaşa təyinatları ilə məxsusi qruplar evbəev gəzərək, çox yəqin ki, məxsusi blankların hazır olmaması səbəbindən, ailələrdə olur, ailə üzvlərinin sayını və...ən əsası MİLLİ kimliyini, pozula bilən karandaşla qeydə alınır...
  Beləliklə, siyahıya alınmanın keçirilməsinin təlimatları bir yana, həm də vaxtı, rejimin çox qədimlərdən qalan, onsuz heç vaxt keçinə bilmədiyi saxtalaşdırma, “perepiska”  ilə keçirilməsinə start verilmişdir!
 Talış Muğan Muxtar Respublikasının Mühacir höküməti, uzun illərdən bəri, dövlət səviyyədə asimliyativ prosseslə üz-üzə saxlanılan Talış xalqının sayı və ölkə ərazisində məskunlaşma xəritəsinin yaradılmasında maraqlı bir tərəf kimi, hazırda siyahıyaalmanın kobud qaydalarla saxtalaşdırılmasına qəti etirazını bildirməklə, aparılan saxta qeydəalmaların dayandırılmasını, qəti tələb edir!
 Talış Muğan Muxtar Respublikasının Mühacir hökümətinin Sər vəziri,

 Rəhim  Mirzəyev.
 Almaniya Federativ Respublikası

12.09.2019 il.

tolishstan.com
Category: TMMR XABARLAR | Views: 168 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $