15:13
TMMR-NIN MÜHACIR HÖKÜMƏTININ MƏXSUSI KOMISSIYASININ SƏDRI RƏHIM MIRZƏYEV
TMMR-NIN MÜHACIR HÖKÜMƏTININ MƏXSUSI KOMISSIYASININ SƏDRI RƏHIM MIRZƏYEV

Talış Muğan Muxtar Respublikası Mühacir hökümətinin Sər vəzirinin Sədrliyi ilə, 13 oktyabr 2018-ci il tarixli TMMR Prezident fərmanı əsasında,

MR vətəndaşlarının, Azərbaycan Respublikasının hazırkı qeyri-qanuni, insanlığa və bəşəri dəyərlərə düşmən kəsilən, korrupsioner, oğru rejiminin,- böhtanlarla, şərləmələrlə, polis qəddarlığına söykənməklə, qanunlara zidd, həbs olunan böyük bir qisminin bütün məqamlarda müdafiəsini təşkil etmək məqsədi ilə yaradılan,

            Məxsusi Komisiyasının,

           Talış-Muğan vətəndaşlarına və Beynəlxalq ictimaiyyətinə

                                               M Ü R A C İ Ə T İ :

      Almaniya,                                                                                 16 oktyabr 2018 il.

Əziz həmvətənlər!

Xanımlar və ağalar!

Azərbaycan Respublikasında mövcud Dövlət ərkanının bütün strukturlarını, zor və siyasi əxlaq, şərəf normalarına zidd qaydalarla mənimsəmiş bir tayfa, yaratdığı antiinsanı rejimi qorumaq naminə, zidd fikir və düşüncə sahiblərini, o cümlədən həmin düşüncəyə sahib  TMMR-nın vətəndaşlarını, xəcalət çəkmədən, mənəviyyatdan uzaq üsullarla, -şərləmə, böhtan atma, yalandan üzə durmalarla hazırda öz girovluğunda (həbsxanalarda) saxlamağı davam etdirir. Hazırda apardığımız araşdırmalara əsasən onların sayı 10(on) nəfərə qədərdir və 12 oktyabr tarixində biri də, TMMR bayrağını Rusiya Federasiyasında belə qaldırdığına görə , rejimin girovluğundadır və bütün bunlarla, rejim, özünə qarşı yad fikirlilərdə qorxu, acizlik aşılamaq məqsədi daşıyır.

Məxsusi komissiya, əldə etdiyi məlumata əsasən, aşağıda göstərilən vətəndaşlarımızın,-

1.Elman Ağazadə,

2.Zülfuqar Mikayılzadə,

3.Tofiq Həsənli,

4.Sərdar Babayev,

5.Rza Ağalı,

6.Xalid Kazımov,

7.Ziya Tahirov,

8.Elxan Həsənov,

9.Ruhulla Axundzadə,

10.Məhəmmədəli Axundzadə,

11. Fəxrəddin Abbasov,

12.Mirismayıl Mirismayılov və bizə məlum olmayan digər haqsız, şərləmə və böhtanlara girovluğda saxlanılan, yaxud cəhd edilənlərin hamısının bütün məqamlarda müdafiəsini təşkil edilməsində bütün imkanlardan istifadə ediləcəkdir.

TMMR mühacir höküməti, öz maliyyə imkanlarını qurmaq əzmindədir və bu məsələdə, uğurlu nəticələr əldə etdiyi təqdirdə, Allahın köməyi ilə, hazırda ciddi maddi korluq çəkən həmin girovların ailələrinə yardımını quracaqdır.

Vətəndaşlarımızdan acizanə xahiş edirik, TMMR Mühacir hökümətinin qaynar xətti vasitəsi ilə, bizə məlum olmayan məlumatları bizimlə bölüşəsiniz.

          TMMR-nın Mühacir hökümətinin Məxsusi komissiyasının Sədri

                                               Rəhim Mirzəyev

Category: TMMR-nın Xəbərlər | Views: 340 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: