search
menu
person

NEWS AND UDATES


12:05
TMMR-nın Prezidenti, Ə. Hümmətov , Milli və dini konfesiyalar üzrə Vəziri, Y.Sərdarzadənin Müraciəti

Azərbaycan Respublikasının Prezidenti, əğəye İlham Əliyevə, Azərbaycan Respublikasının hümanitar məsələlər üzrə Prezidenti, Xanım Mehriban Əliyevaya. Və: Əlaqədar Beynəlxalq təşkilatlarına (BMT insan haqları komisiyasına, İslam Əməkdaşlıq Təşkilatına, ATƏT-in İnsan haqları və Demokratik təsisatlat komitəsinə, Beynəlxalq Əhv təşkilatına, İnsan haqları komitəsinə, Helsenki Vətəndaş assambeliyasına və digərlərinə)

Əğələr və xanımlar!

Azərbaycan Respublikasının hazırkı, legitimliyi çox qaranlıq və şübhəli olan, bütün müddətləri saxtalaşdırmaq, Əsas qanunu dəfələrlə eybəcərləşdirməklə, hakimiyyəti mənimsəyən tayfa, Ölkə üçün bir çox sahələrdə tərəqqipərvər dünya ictimaiyyətin nəzərində, artıq qeyri-normal imic formalaşdırdığı kimi, hazırda əsrlərlə formalaşmış, az qala bütün İslam dünyasında öz tolerantlığı və dözümlü münasibətlərini təbii olaraq yaradan dini konfesiyalararası (təriqətlərarası) münasibətlərdə də, ayrı-seçkililiyin, qarşıdurmaların yaradılmasında, hakimiyyət və çirkin qazancların mənbələrinin mühafizəsində istifadə maraqları naminə antinsani bir yanaşma formalaşdırılmğa cəhdlər yaradılmaqdadır... 
Belə ki, Ölkənin Qazax bölgəsi üçün tarixən ənənəvi, İslamın sünni təriqəti ilə dinc yanaşı yaşamı ilə seçilən yeni bir icma,-şiyə təriqəti əqidəsində olan Hüseynzadə Mircəfər Fizuli oğlu tərəfindən Tövbə icması yaradılmış, Allah evi,- məsçid inşa edilmiş, Qafqaz musəlmanları idarəsinə axund təyinatı üçün müraciət edilməklə, Dövlət dini komitəsinə qeydiyyat üçün müraciət edilmişdir...əvəzində çox yəqin ki, helə həmin dini komitənin rəhbərliyinin göstərişləri ilə bölgə rəhbərliyinə göstəriş verilmişdir. 
Qazax rayon İcra hakimiyyətinin başçısı Rəcəb Babaşovun göstərişi və rayon polis idarəsinin rəisi Ədalət Əliyevin icradarlığı ilə, ictimai əsaslarla tikilib başa çatan Allah evinin, məscidin gümbəzi sökülərək göturulmüş, son-tamamlama işlərinə qadağan qoyulmuşdur. İcma nümayəndələrinin dini ayinlərinin icralarına qadağalar qoyulmuşdur... AR-nın hazırkı hökümət ali-məqamları müxtəlif səviyyələrdə təntənəli şəkildə gürultulu çıxışlar edərək tolerantlıqdan, mültikulturalizimdən danışır, qabacasına hamını, ələlxüsus dinyanın tərəqqipərvər ictimaiyyətinə yalanları sırıyırlar! 
Biz, Talış Muğan Muxtar Respublikasının mühacir höküməti olaraq, hamıya müraciət edilməsinə baxmayaraq, etinasızlıqla üzləşdiklərinə rəğmən, bizə edilən, bu, çox ciddi saydığımız məlumata, hiddətimizi bildirməyi və Ölkə rəhbərliyindən bu qaydada dini konfesiyalararası ayrıseçkililiyə son qoyulmasını qəti şəkildə tələb edirik! Müraciətin, daimi olaraq, Beynəlxalq təşkilatların diqqətində qalması naminə mütəmadi olaraq yayılacaqdır!

TMMR-nın Prezidenti, Ə. Hümmətov 
TMMR-nın Milli və dini konfesiyalar üzrə Vəziri, Y.Sərdarzadə


На изображении может находиться: текст


Нет описания фото.
На изображении может находиться: небо и на улице
На изображении может находиться: 1 человек, растение и на улице
 
Category: TMMR XABARLAR | Views: 205 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $