22:27 TMMR-nın Prezidentinin və MR-nın Mühacir hökümətinin Sər Vəzirinin Talış xalqının böyük oğlu S.Ə. Əsgərovun vəfatı ilə əlaqədar Başsağlıq | |
![]() TMMR-nın Prezidentinin və MR-nın Mühacir hökümətinin Sər Vəzirinin Talış xalqının böyük oğlu S.Ə. Əsgərovun vəfatı ilə əlaqədar Başsağlıq Müraciəti (nekroloqu) Əşrəfi Sərxan Əsgərzadə 31 mart 2019-cü ildə, 83 yaşında vəfat etmişdir Vətəndən gələn acı bir xəbər hamımızı sarsıtdı. Talış xalqının böyük oğlu, ictimai-siyasi xadim, publisist, maarifçi, böyük ziyalımız Əşrəfi Sarxan Əsgərzadə, 83 yaşında dünyasını dəyişmişdir. Sərxan müəllimin həyatı və fəaliyyəti böyük bir vətənpərvərlik məktəbidir. Onun mükəmməl dünyagörüşləri gənclərimiz üçün böyük bir örnəkdir. Fəaliyyəti və yaradıcılığında ardıcıl və stabil olması, əqidəsinə bütün situasiyalarda sadiq qalması Sərxan müəllimin həyat prinsipləri idi. O, bütün ömrünü, xalqımızın düçar qaldığı qaranlıqları yarıb keçməsinə həsr etdi. Sərxan Əşrəf oğlu Əsgərov, 1936-cı ilin mart ayında Lənkəran rayonunu, Şaqlaser kəndində anadan olub. Vaxtı ilə V.İ.Lenin adıni daşıyan Azərbaycan Respublikasının Pedaqoji İnstitutunun tarix-filoloqiya fakultəsini bitirmişdir. 1989-cu ildən Talış hərəkatına qoşulmus, ömrunun son illərinə qədər hərəkatın ön sıralarında fəaliyyât göstərmişdir. Biz şübhə etmirik ki, Sərxan müəllimin arzuları lap tezliklə, yaxın zamanlarda reallaşar və onun ruhu bundan şad olacaqdır. Talış xalqının qəlbində Sarxan müəllimin xatirəsi əbədi yaşayacaq və heç bir vaxt unudulmayacaqdır. Allah sənə rəhmət eləsin, Ustad! TMMR-nın Prezidenti , Ə.Hümmətov TMMR-nən Mühacir hökümətinin Sər vəziri, R.Mirzəyev. ![]() | |
|
Total comments: 0 | |
|
|