search
menu
person

NEWS AND UDATES


19:22
TMMR-nın Sənaye və Tikinti Vəziri,   Balaş Əliyevin fəaliyyıtinin nəzəri fəaliyyət   konsepsiyası .
           TMMR-nın Sənaye və Tikinti Vəziri,   Balaş Əliyevin fəaliyyıtinin nəzəri fəaliyyət   konsepsiyası .


Talış Muğan Muxtar Respublikasının 2-ci Mühacir hökümətində Sənaye və Tikinti Vəziri  Əliyev Balaşın nəzəri fəaliyyət konsepsiyası (proqramı).

Muxtar Respublika, Azərbaycan Respublikasının ən münbit torpaq sahələri, kənd təsərrüfatında nadir bitkilər üçün çox yararlı təbii iqlim şəraitinə malik bölgələrindən biridir və əsasən aqrar sənayenin inkişafı istiqamətində də prespektiv fəaliyyəti nəzərdə tutaraq, hesab edirəm:

 -Bölgə sənayesinin prespektivi aqrar sektora uyğun yüngül sənaye müəssisələri, əsasən ənənəvi,- tərəvəzçilik, şərabçılıq, heyvandarlıq məhsullarının emal müəssisələrinin bərpa, yenidənqurma və yenilərinin yaradılmasında investisiyaların cəlb edilməsinə, investorların həvəsləndirmə tədbirlərinə yer verilməsinə, yeni Dövlət əsaslı kapital qoyuluşunun cəlb edilməsinə diqqət verərdim;

- Muxtar Respublikanın böyük bir ərazisi Xəzər dənizi sahilləri ilə əhatə edilməsini, hələ Sovet dövrundən təbii balıq artırmanın qarşısının bilərəkdən düşməncəsinə alınma səbəblərini, balıqçılıqda oliqarx-məmur manapoliyasını tamamiylə ləğv edilməsinə cəhdlər edib aradan qaldırmaqla, balıq emalı sənaye müəssisələrinin yenidən qurulmasının bərpasına cəhdlərə intensivlik verərdim;

- Tirikotaj-geyim sənaye mallarına, yerli tikinti məmulatlarına, ənənəvi kustar məişət əşyalarına olan ehtiyacları nəzərə almaqla yerli kiçik sənaye və emalatxana təsərrufatlarının qurulub işlədilməsinə hərtərəfli Dövlət qayğısının qurulmasına təminat yaratmağa cəhd edəcəyik...

-Tikinti obyektlərinin əkinə yararlı münbit torpaq sahələrində aparılmasının qarşısını ala biləcək, Muxtar Respublika səviyyəsində prespektiv proqram və lahijjələrin qəbuluna nail olmağı, daima diqqətdə saxlayacağıq;

- İstər mülki, istərsə də sənaye əhəmiyyətli tikintilər olsun, ümüm Muxtar Respublika səviyyəsində qəbul edilən vahid proqram lahiyyələri üzrə həyata keçirilməsinə nail olmağa cəhdlərdə olacağıq;

 -Tikintilərin müasir beynəlxalq normalar və qrafiqli təminatlar əsasında qurulması ilə tikinti mədəniyyətinin yüksəldilməsinə, müasir avadanlıq və texnika ilə təhcizatı diqqətlə nəzarətə götürülməsinə cəhdlər daima inkişaf etdiriləcək;

 -Bütün tikinti sahələrində təhlükəsiz əməyin qurulması, ətraf mühitə minimal ziyanın vurulması ilə təşkilatlanması daimi nəzarətdə saxlanılacaq;

- Dövlət vəsaiti hesabına kapital qoyuluşu ilə tikiləcək müəssisə və obyektlərin tikinti sifarişlərinin şəffaf tenderlərlə icraçılara verilməsi məxsusi diqqətdə saxlanılacaq....

    TMMR-nın Sənaye və Tikinti Vəziri,
               Balaş Əliyev.
Category: XƏBƏRLƏR | Views: 136 | Added by: tmmrtalish | Tags: tolishstan.com | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $