/ Новости сайта / TMH XABAR / TMMR Prezidentinin və Mühacir hökümətinin sər vəzirinin "yardım aksia " minnətdarlıq M Ü R A C İ Ə T İ
03.06.2020

TMMR Prezidentinin və Mühacir hökümətinin sər vəzirinin "yardım aksia " minnətdarlıq M Ü R A C İ Ə T İ

221 0 TMH XABAR
TMMR Prezidentinin və Mühacir hökümətinin sər vəzirinin minnətdarlıq 

                                                    M Ü R A C İ Ə T İ:


Əziz, bizə çox doğma olan, Talış-Muğan mahalının, dünyanın harasına səpələnməsindən, hansı ölkəsində yaşamasından asılı olmayaraq, bütün həmvətənlərimiz,- bizlər, Sizlərin xoşbəxt, normal həyatının qurulması naminə, daima öz əməllərimiz, çıxış və söyləməmələrimizlə, irəli sürdüyümüz təkliflərimiz bütün hallarda yanınızda olmağa cəhd etmişik!...
 Bütün dünyada təhlükəli bir dönəm yaranmış, insanlığın yaşamında ciddi narahatçılıqla müşahidə olunan, kütləviliyi ilə seçilən, yoluxucu xəstəliyin tüğyan etməsi, pandemiya səviyyəsinə qalxmasından da ciddi narahatçılığı yaşamaq məcburiyyətindəyik, çünki Sizlər hələ də tam şəkildə öz taleyinizə sahib çıxa bilmədiyinizin fərqindəyik.
Yaşadığınız ölkələrdə, o cümlədən normal dövlətçilik belə qurulmayan Azərbaycan Respublikasında, hökümətin və qeyri-hökümət təşkilatlarının inzibati, sosial çağırışlarla, insanların fərdi-kütləvi təmaslarının qadağan edilməsi ilə müşahidə olunan, evlərə, mənzillərə sığınması çağırışlardan, gündəlik qazanclarla həyatlarını quran insanların maddi vəziyyətinin ağırlaşacağını nəzərə almaqla, Talış Muğan Muxtar Respublikasının Mühacir höküməti, ciddi narahatçılığı hazırda da yaşayır.
Mühacir hökümətinin və Talış Milli Hərəkatının, uzun illərdir, edilən çağırış və xəbərdarlıqlara baxmayaraq, bütövlükdə Xalq və onun imkanlı təbəqəsi tərəfindən olduqca etinasızlıqla yanaşılan fond və hesabına olduqca məhdud miqdarda vəsait toplanmasına baxmayaraq, həmin vəsaitlə Vətəndə qadağalarla üz-üzə qalan və bu hesabdan, ağır maddi vəziyyətə düşən insanlarımıza yardım kompaniyasına start verildi və qısa müddətdə edilən müraciətlərə uyğun olaraq 483 ailəyə (nəzərdə 200 ailə tutulmuşdu) yardım edildi. 
 Bu aksiyanın, qısa müddətdə,  uğurlu keçirilməsində TMMR-nın Mühacir hökümətinin Vəzirləri Boris Talışinskinin, Ruslan Almaszadənin, qismən İntiqam Həmidovun ağır, üzücü əməyi və bəzən də fərdi maddi imkanlarından belə qısırqanmadan həyata keçirilməsini məxsusi qeyd edirik!
 TMMR- nın Prezidenti Ələkrəm Hümmətov və TMMR-in Mühacir hökümətinin sər vəziri Rəhim Mirzəyev olaraq, Biz, çəkdikləri ağır, mənəvi-maddi mərhumiyyətlərlə müşahiyyət olunan bu üzücü, ağır məsuliyyətli aksiyanı uğurla həyata keçirtdiklərinə görə, vəzirlər Boris Talışinskiyə və Ruslan Almaszadəyə dərin minnətdarlıqla, təşəkkür edirik!
 Xıdomuz Sizlərə yar olsun, çəkdiyiniz bu ağır zəhmət və mərhumiyyətlərin əvəzini versin, İnşallah!
      Çox sağ və var olun Boylilər!
 TMMR prezidenti, Ə.Hümmətov.
TMMR Mühacir hökümətinin sər vəziri, R, Mirzəyev.

20 aprel 2020 il

tolishstan.com
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *: