/ Новости сайта / TALIŞH / Tolış, şəhid verib, verər, ancaq hörmət və imtiyazları...görməz, qula ağa münasibəti belə olur!
03.06.2020

Tolış, şəhid verib, verər, ancaq hörmət və imtiyazları...görməz, qula ağa münasibəti belə olur!

179 0 TALIŞH
Tolış, şəhid verib, verər, ancaq hörmət və imtiyazları...görməz, qula ağa münasibəti belə olur!


 Haqqında yazmışdıq, Azərbaycan adlı ölkənin, hakimiyyətini məngirləmiş tayfa rəhbərlərinin quldurlarına müraciət etdik, çarəsizlikdən, xalq artıq yazıqlaşdırılıb, onlara biyət etdiyindən…. Düşünülmüş şəkildə şəhidliyə vadar edilib, həm də şəhid adı verilməsindən imtina edilən, Talış gəncinin, tək anasını, hər cür maddi və mənəvi  hörmət və qayğıdan da mərhum etmişlər!
  Ən əvvəl, qarabağlıdan 1000 dəfə çox, Qarabağ dərdi çəkən, oranı Azərbaycana qaytarmağa çağıran Talış “vətənpərvərlərinin” diqqətini cəlb etmək istəyirik! 
 Əğələr, sizin heç xəbəriniz var ki, son 30 ildə Qarabağda, döyüşlərdə, hərbi xidmətdə, məcburi, yaxud könüllü olub, şikəst olanların özləri, şəhid olanların ailələri hansı vəziyyətdədir?... Müharibəyə yeni çağırışlar edəndə, Sizlər, belə köməksiz, qayğısız və əlacsız qalanların Talış olduqları üçün, sayları daha da artacaq və heç kimin, həm də, helə sizlərin də, vaxt və imkanlarınız belə olmayacaq ki, onların dərdlərinin yüngülləşdirlməsində, əliniz nəyəsə yetsin!... 
 Başlanğıcda, adını çəkmədən, gənc-şəhid Talış balasının, hər cür sosial-mənəvi imtiyazlardan məhrum edilmiş tək Anasından bəhs etdik və əvvəllər də, müracətlərimizin olmasından məlumat verdik.   Lənkəranın Girdəni kəndində yaşayan həmin Ananın, evin tək oğlu olması belə nəzərə alınmadan, döyüş bölgəsinə aparılaraq, orada şəhid edilən oğulun əvəzində,  təkrar edirik, Ana, hər cür qayğı və imtiyazından belə, mərhum edilib!... 
 Xatırladaq ki, Azərbaycan Respublikasının da qatılıb, qəbul etdiyi çoxsaylı beynəlxalq norma və öhdəliklərə görə, tükənməkdə olan millət və xalqların övladları müharibələrə aparılmamalıdırlar, müharibə ilə əlaqədar hər cür mükəlləfiyyətlərdən azad edilməlidirlər. AR-nın statistika komitəsinin, hələlik ki, son məlumatına görə ölkə miqiyasında, Talışların miqdarı, cəmi 120 mindir və tayfa-rejimin apardığı sosial, iqtisadi, ictimai təbliğat siyasətindən, hal-hazırda da, Talış mahalında, düşünülmüş “koronovirus” əməliyyatından bütöv bir xalqın məhv edilmə (genosid, soyqrım, tuməbır) prossesi, dövlət siyasəti kimi, qətiyyətlə davam etdirilir, beynəlxalq norma və öhdəliklərə, Talışa münasibətdə, tam sayğısızlıq nümayiş etdirir!
Talış Milli Hərəkatı olaraq, əlimizdə olan məhdud imkanlardan istifadə etməklə, cəhd edirik ki, həmin  Anaya, digər oxşar situasiyada olanlara, ən azı, zərrə qədər də olsa, maddi dəstək olaq, kömək edək. 
    Lakin buna da, tayfa-quldur rejiminin nümayəndələrinin birbaşa mənimsədikləri banklar da, özlərini ölkənin xüsusi xidmət, hüquq mühafizə orqanları kimi apararaq, vətəndaşların hesabına daxil olan, kiçik həcmli belə, yardım vəsaitlərinə sahiblik hüququndan onları məhrum edir! Belə ki, TMH hesabından həmən ailəyə müəyyən məbləğdə maliyyə vəsaiti göndərilib. Kimin, yaxud kimlərin olduğu bizə məlum olmayan ,“Bank of Baku” Bankının Lənkəran şəhər filialı həmən məbləğin şəhid ailəsinə çatdırılmasına imkan verməməsi bir kənara qalsın, əsil istintaq əməliyyatına start verib. Müxtəlif bəhanələr gətirərək həmən şəhid ailəsini get-gələ salıb….. 
 Şəhid Anası çox acınacaqlı vəziətdədir. Kimə nə? Özünü titul sayan xalqın Dövlət qurmaq qabiliyyəti qəti yoxdur, heç olmayacaq da… Talışlar düşünməli…və qərar verməlidir! 
 Biz isə…, bu barədə TMH və TMMR Mühacir Hökuməti adından, bütün beynəlxalq təşkilatlara, o cümlədən Beynəlxalq bank və maliyyə-nəzarət birliklərinə, insanların, AR-da mülkiyyət hüquqlarına sayğısızlıq barədə müraciətlər unvanlayacağıq!



Talış Milli Hərəkat və TMMR Mühacir Hökuməti .
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *: