19:32
‘’Tolishstan.com’’ saytının  girişinə nəyə görə Azərbaycanda  qadağa qoyulub
‘’Tolishstan.com’’ saytının  girişinə nəyə görə Azərbaycanda  qadağa qoyulub .

Məlumunuz olsun ki ,2019 ci ilin sentyabr ayından bu günə qədər Azərbaycanda  ‘’tolishstan.com’’  saytının girişinə qadağa qoyulmuşdur . Sayta qoyulan qadağanın səbəblərini araşdırmaq üçün çoxlu sayda müraciətlər edilməsinə baxmayaraq  , Azərbaycan tərəfi heç bir cavab verməmişdir. Bir çox demokratlar qeyd edirlər ki , Azərbaycan Respublikasında yaşayan Milli azlıqların heç bir problemləri yoxdur . Bu cur problemləri biz işıqlandırmaq istəyirik ki,  ‘’demokratik camiyyə ‘’bilsin ki, totalitar rejimdə heç bir xalqın hüquqları müdafiə olunmur. İllər boyu Talış xalqı diskriminasiyaya uğramışdır .Müstəqillik dövründə isə dahada şiddətlənmiş, hakimiyyət tərəfindən talış xalqının nümayəndələri repressiyaya məruz qalmışdır. Buna misal olaraq 1993 cu ildən başlayaraq Azərbaycan respublikasının  bütövlüyü və azadlığı uğrunda mübarizə aparmış qəhrəman Talış Xalqın nümayəndələri, hakimiyyət tərəfindən şərlənərək həbs edilmişdir . O cümlədən çoxlu sayda görkəmli alimləri şərlənərək həbs edilmiş və həbsxanada qətlə yetirilmişdir. Bu gün Azərbaycan hakimiyyəti öz diktator rejimini qorumaq naminə bu cur saytların  girişinə qadağa qoymuşdur . Azərbaycanda sivil demokratik cəmiyyətin qurulmasının şahidi olarıqmı ya da Qatır Məmməd kimi ,o günü görmək bizə nəsib olmayacaq .

Rəhim Mirzayev.
Ruslan Almaszada. 
İlham Babazade.

tolishstan.com
Category: Taliys | Views: 102 | Added by: tmmrtalish | Tags: tolishstan.com | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: