search
menu
person

NEWS AND UDATES


10:39
“Tolışon Sədo” qəzeti N: 119 “ƏKİNÇİ” VƏ YA “TATAR XƏBƏRLƏRİ”

“ƏKİNÇİ” VƏ YA “TATAR XƏBƏRLƏRİ”:

 

Opera Снимок_2019-08-07_060555_rafiqcelilovblog.files.wordpress.com.png


Cabbar Əliyev
Sankt-Peterburq

“ƏKİNÇİ” VƏ YA “TATAR XƏBƏRLƏRİ”: İLKƏ İMZA HANSINDADIR?

1875-ci ildə H.Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi”qəzinin ilk nömrəsinin işıq üzü görməsi ilə əlaqədar iyulun 22-si ölkədə Milli mətbuat günü kimi qeyd olunur.
Lakin bu sahədə apardığımız tədqiqatlar göstərir ki, bütün Qafqazda Azərbaycan dilində ilk qəzetin tarixi bundan xeyli əvvələ təsadüf edir. 
Qraf İ.Paskeviç-Erivanskinin Qafqazın idarə edilməsi işinə cəlb edilməsindən sonra burda müəyyən mədəni-elmi proseslərin başlanğıcı qoyuldu. Rusiya və xarici alimlər tərəfindən elmi ekspedisiyaların təşkili, ilk publik kitabxananın yaradılması və s. həmin dövrə təsadüf edir. 1828-ci ildə Tiflisdə rusca “Tiflisskie vedomosti” qəzetinin fəaliyyətə başlaması da o cümlədəndir.
Əslində, bu mətbu orqanı Qafqazda çıxan ilk qəzet idi. Xaricdə mükəmməl təhsil almış P.Sanovskinin redaktorluğu ilə qəzet əvvəlcə rus və gürcü dillərində nəşr olunmuşdur. Türkmənçay müqaviləsindən sonra isə Qafqazda geosiyasi durum Rusiyanın xeyrinə dəyişdiyindən, daha çox oxucu kütləsi əhatə etmək məqsədi ilə həmin qəzeti tezliklə fars dilində də nəşr etməyə başlayırlar. Çox keçmir ki, farsdilli abunəçilərin kifayət olmamasına görə onu qapadırlar. Əvəzində isə həmin “Tiflisskiye vedomosti” qəzeti ”Tatar xəbərləri” (“Tatarskiye vedemosti “) adı ilə 1831-ci il martın 29-dan Zaqafqaziyanın müsəlman əyalətlərində, Azərbaycanda və türk paşalıqlarında başa düşülən türkcə (Azərbaycan dilində) ”Tatar xəbərləri” (“Tatarskiye vedemosti”) adlı qəzetin nəşrinə başlayırlar.
Dövrünə görə çox savadlı, əksər Şərq dillərində mükəmməl danışan Murza Apriam Yenikolopov türkcə çıxan həmin qəzetinin redaktoru olmuşdur.
Maraqlıdır ki, qəzetin ilk nömrəsində getmiş birinci rəsmi xəbərdə deyilirdi ki, Təbriz konsulu xarici işlər nazirliyinin Diplomatik administrasiyadan xahiş etmişdir ki, “Tiflisdə tatarca çıxan qəzeti davamlı olaraq Əmir Nizam Məhəmməd xana çatdırsınlar ki, o da öz növbəsində qəzetin məzmunu barədə İran şahına məlumat verə bilsin”. 
“Tatar xəbərlərinin ” 35 nömrəsi çıxmışdır. Keçən əsrin 20-ci illərində bu mövzunu tədqiq etmiş İ.Yenikopolovun o vaxt yazdığına görə, qəzetin bütün nömrələri Tiflis arxivlərinin birində səliqə ilə qorunub, saxlanılır.
1832-ci iln oktyabrında Qafqazda dövri mətbuatın pioneri olmuş baş redaktor P. Sankovskinin vəfatından sonra redaksiyanın əməkdaşları işin öhtəsindən gəlməyi bacarmamışlar. Tezliklə “Tiflisskie vedemosti” qəzetinin rusca, sonra gürcücə, 1833-cü ilin yanvarın 30-da isə türkcə nəşr olunan variantları qapadılır.
Bütün Qafqazda dörd dildə nəşr olunmuş bu ilk qəzetin iflasa uğramasında çar senzura sisteminin də böyük rolu olmuşdur. Təsəvvür edin ki, qəzetin materialları çapa tam hazır olan kimi senzora təsdiq etdirmək üçün onu Peterburqa göndərməli idilər. Cavab 40-50 gündən sonra gəlib çatırdı. Yəni qəzet dövrü mətbuat üçün bel sütunu sayılan operativlik funksiyasını tamam itirmiş olurdu. 
Axırda onu da qeyd edim ki, Qafqazda “Tatarskiye vedemosti” (“Tatar xəbərləri”) adlı ilk türk qəzeti barədə müxtəlif arxivlərdə kifayət qədər sənədlər mövcuddur.

“Tolışon Sədo” qəzeti N: 119

tolishstan.com

Category: TALIŞH | Views: 113 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $