10:03
"TOLYSHNOMA" elmi-maarifləndirmə lahiyəsi ilk məhsulunu təqdim etdi
"TOLYSHNOMA" elmi-maarifləndirmə lahiyəsi ilk məhsulunu təqdim etdi.

25 dekabr 2020-ci ildə Talış Gənclər İttifaqının (Moskva şəh., Russiya) "TOLYSHNOMA" elmi-maarifləndirici layihəsinin məhsulu olan və Talış Milli Akademiyasının (Minsk şəh., Belarus) dəstəyi ilə yaradılan «Talysh Dictionary (by F. Aboszoda)» mobil tətbiq etmə istifadəyə verilmişdir. Mobil tətbiq etmənin istifadəyə verilməsi görkəmli talış alimi Fəxrəddin Aboszodənin (Abbasov) anadan olmasının 64 illiyinə təsadüf edilmişdir.
«Talysh Dictionary (by F. Aboszoda)» mobil tətbiq etmə talış dilindən birbaşa 4 dilə elektron lüğətlər təqdim edir: Rusca-Talışca lüğət (60 000 söz; Münhen, 2012), Türkcə-Talışca lüğət (55 000 söz, Bakı, 2015), İngiliscə-Talışca lüğət (250 000 söz, Münhen, 2012), Farsca-Talışca lüğət (100 000 söz, əlyazma). Xüsusilə qeyd etmək lazımdır ki, bu İngiliscə-Talışca və Farsca-Talışca electron lüğətlərinin istifadəyə verilməsinin ilk hallarıdır.
Talışlar Kaspi dənizi sahilinin cənub-qərbində - İranla Azərbaycanın sərhədində yaşayırlar. Talış dili aşağıdakı kimi təsnif edilir: Hind-Avropa dil ailəsiAriyan qoluİran qrupuŞimal-qərb alt qrupuKaspi dilləri - Talış dili. Talış dilinin transformasiya şəklində meydana gəlmə ardıcılliğı: Aryan diliAvesta diliMidiya dili - Atropatena (Azəri) diliTalış dili. İranın şimal-qərbindəki bir çox bölgələrdə yaşayan tati əhalisi talışların etnoqrafik qrupudur və yaxınlıqdakı talış ləhcələrinin birinə bənzər ləhcələrdə danışırlar.
Mobil tətbiq etmənin fonu xalq arasında "Babəkin bayrağı" adlandırılan və talışların əcdadlarının qədim rəmzi - həştpərın təsviri olduğu Talış tarixi bayrağı əsasında yaradılmışdır. Mobil tətbiq etmədə Azərbaycan və Fars transliterasiyası, həmçinin beynəlxalq fonetik transkripsiyası ilə Talış əlifbası (kiril əlifbası əsasında) təqdim edilmişdir.
Mobil tətbiq etmə Talış-Muğan Muxtar Respublikası Mühacir HökumətininTalış Milli Hərəkatının (Haaqa şəh., Niderland) maliyyə dəstəyi ilə hazırlanmışdır.
Bütün 4 lüğətin müəllifi məhşur alim (filosof, politoloq, filoloq), jurnalist və ictimai-siyasi xadim  Fəxrəddin Aboszodədir (Abbasov). Hazırkı Mobil tətbiq etmənin yaradılmasina müəllifin xeyir-duası alınmışdır, lakin təəssüf ki, bu ilin 9 noyabrında çox müəmmalı şəraitdə talış alimi Azərbaycan həbsxanalarının birində dünyasını dəyişdi və öz unikal lüğətlərinin elektron formasını görmək ona qismət olmadı.
Qeyd edək ki, Mobil tətbiq etmə ödənişlidir (5$). Toplanan vəsait Mobil tətbiq etmənin işlək vəziyyətdə saxlanılması, dəyişikliklər edilməsi, yenilənməsi və talış mövzusu istiqamətində digər məhsullarin yaradılması üçün istifadə ediləcəkdir. Səhvlər aşkar edildikdə, həmçinin Mobil tətbiq etmənin təkmilləşdirilməsinə dair təklifləriniz olduqda, elektron ünvana göndərilməsi xahiş olunur: tolyshnoma@gmail.com
Ümid edirik ki, "Talysh Dictionary (by F. Aboszoda)" Mobil tətbiq etməsi talış dilinin öyrənilməsində maraqlı olan hər kəsə faydalı olacaq.


                                                                                                          Talış Gəncləri Birliyinin İdarə Heyəti
                                                                                                                                                       25.12.2020
tolishstan.com
Category: TMH Xəbon | Views: 90 | Added by: tmmrtalish | Tags: tolishstan.com | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: