search
menu
person

NEWS AND UDATES


15:15
Tural Sadiqliyə cinayət işi açılıb, axtarışa verilib

Tural Sadiqliyə cinayət işi açılıb, axtarışa verilib

Tural Sadiqli Berlində keçirilən aksiyaların birində. Foto: şəxsi arxiv / facebook

Almaniyada yaşayan azərbaycanlı mühacir, blogger Tural Sadiqli ona cinayət işinin açıldığını deyir. Bloggerin sözlərinə görə, 3 polis əməkdaşı onun ailəsinin Bakıda yaşadığı evə gəlib və bu barədə məlumat verib:

Niyə barəmdə cinayət işinin açılması xəbərini mənim özümə açıq-aşkar bildirirlər? Qənaətimcə, Azərbaycan höküməti hesab edir ki, mənim Azərbaycana qayıtmağım cəmiyyətin canından çıxmaqda olan qorxu hissinin dağılmasını daha da sürətləndirə bilər və ona görə də mənim vətənə qayıdışımı əngəlləməyə çalışır. Təbii ki, son bir neçə ayda çıxışlarımda vətənə qayıtmaq üçün istək və qərarlı olduğum hiss olunur və yəqin ki, hakimiyyət mənim bu istiqamətdə bəzi cəhdlər etdiyimdən də xəbərdardır.

Tural Sadiqli kimdir: Blogger Azərbaycanda prezident seçkisi ərəfəsində və bir neçə dəfə Almaniyada hakimiyyət əleyhinə aksiyaların təşkilatçısı və iştirakçısı olub. “Azad söz” Facebook səhifəsinin yaradıcı olan Tural Sadiqli təziyəqlərlə də üzləşib.

Göstərilən təzyiqlər: Bloggerin sözlərinə görə, prezident seçkisi ərəfəsində təşkil etdiyi aksiyadan sonra Bakıda atası Əlövsət Sadıqlı saxlanılıb, qardaşı Elgiz Sadıqov həbs olunub. 11 aprel növbədənkənar seçki prezident seçkisi günü keçirilən aksiyada isə o, Gürcüstan vətəndaşı olan 3 nəfər tərəfindən hücuma məruz qalıb, onu bıçaqlamaq istəyiblər.

Category: XƏBƏRLƏR | Views: 46 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $