search
menu
person

NEWS AND UDATES


18:11
Türkiyədə azərbaycanlı həkim həbs edildi

 

Türkiyədə azərbaycanlı həkim həbs edildi
 
Türkiyədə azərbaycanlı həkim həbs edildi-VİDEO

Xəstələrdən "bıçaq pulu" alan cərrah Elnarə Məmmədova həbsxanaya göndərilib.

Türkiyədə kürdlərin çoxluq təşkil etdiyi Hakkari şəhərində yerləşən "Hakkari Devlet Hastanesi"də çalışan plastik cərrah, Elnarə Məmmədova həbs edilib.

Vetenugrunda.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Azərbaycan vətəndaşı olan cərrah xəstələrindən "bıçaq pulu" adı ilə rüşvət alırmış. Bu barədə Elnarə Məmmədovanın pul tələb etdiyi şəxslərin yaxınları Hakkari polisinə məlumat verib. 

2017-ci ildən bu xəstəxanada çalışan plastik cərrahiyə mütəxəssisi, tibb elmləri namizədi, 38 yaşlı Elnarə Məmmədova müalicə üçün yanına gələn səkkizə yaxın xəstədən müxtəlif məbləğlərdə "bıçaq pulu" istəyib. Xəstə yaxınlarının bu barədə polisə şikayətindən sonra cərrahın barəsində təhqiqat başlayıb.

Hakkari Polis Müdirliyinin əməliyyatçıları 3 ay davam edən texniki və fiziki təqibdən sonra Məmmədovanı xəstə yaxınlarından seriya nömrələri əvvəlcədən müəyyən edilmiş 1500 TL-ni alarkən cinayət başında yaxalanıb. Onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib və o, həbsxanaya göndərilib.

Qeyd edək ki, sosial şəbəkələrdə bu xəbərə türkiyəli istifadəçilər müxtəlif şəkildə yanaşıb. Bəziləri Türkiyədə "bıçaq pulu"nun Türkiyədə geniş yayıldığını bildirib. Bəziləri isə rüşvətxor həkimlərə qarşı daha amansız davranmağı tələb edib. Hətta bəzi sosial şəbəkə istifadəçiləri "bu azərbaycanlıdır, həkimlik diplomu saxta ola bilər, ciddi yoxlanılsın" kimi fikirlər səsləndiriblər.

tolishstan.com

Category: XƏBƏRLƏR | Views: 89 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $