search
menu
person

NEWS AND UDATES


15:47
Türkiyədə silsilə partlayışlar - Çox sayda ölən və yaralanan var / VİDEO
SON DƏQİQƏ: Türkiyədə silsilə partlayışlar - Çox sayda ölən və yaralanan var / VİDEO
 

Türkiyənin Kocaeli vilayətindəki 4 mərtəbəli tikiş fabrikində güclü yanğın baş verib.

7News.Az yerli mənbələrə istinadən xəbər verir ki, şiddətli partlayışlarla müşahidə olunan yanğın zamanı azı 4 nəfər həyatını itirib. 5 yaralı var. Hadisə zamanı binada azı 30 işçi olub. Onlardan bəziləri təxliyə olunub.

Binada bir neçə işçinin qala biləcəyi istisna edilmir. Əraziyə cəlb edilən yanğınsöndürənlər, alovun yayılmasının qarşısını alıb. Lakin hələlik yanğın tam söndürülməyib.

Hadisənin səbəbləri araşdırılır.

Category: XƏBƏRLƏR | Views: 41 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $