13:58
“Türkiyə və Azərbaycanın konfederativ dövlət kimi bir araya gəlməsinin tərəfdarıyam”Фирудин Джалилов
Lachin Mamishov

Böyük hörmətim olan dostum Фирудин Джалиловun müsahibəsini oxumaq istədim, amma əsəbimnən oxuya bilmədim. Başlığı oxuyandan sonra, səbrim çatmadı Ctrl+F düyməsini vurub "konfederativ" sözünü daxil etdim ki, həmin fikirlərlə tanış olum. İki abzasını oxudum və az qaldım ki, əsəbimnən monitoru vurub qırım.

Firudin müəllim, əzizim, Sizin evinizdə dəfələrlə olmuşam, xeyli söhbətlər etmişik. Bir dəfə söhbətlərin birində rəhmətlik Xudu Məmmədov haqqında danışdınız. Öz xatirələrinizi bölüşdünüz və Xudu Məmmədovun nə nəhənglikdə şəxsiyyət olması haqqında danışdınız. İndi Sizə sual verirəm, kişilər kişisi, rəhmətlik Xudu müəllim sağ olsaydı, Sizin bu müsahibənizi oxuyub, Sizə nə deyərdi?

Bizi kiminlə konfederasiyaya aparmaq istəyirsiniz? Yetkinlik yaşına çatmayan uşaqları zorlamağı leqallaşdıran mollabaşlarla bir "məmləkət" olmalıyıq? Bir faşist imperiyasının əsarətindən qurtulub, başqa bir faşist imperiyasının köləsinə çevrilməliyik? Cinçıxarma klinkası açan cahil toplumu ilə bir ölkəyə çevrilməliyik? Bu Əlimərdan bəy Topçubaşova, Məhəmməd Əmin Rəsulzadəyə, Fətəli xan Xoyskiyə, Rəhim bəy Vəkilova xəyanət deyilmi?

Siz başa düşürsünüz ki, Sizin bu fikirləriniz nəinki Vətənə xəyanət, ilk növbədə özünüzə, keçib gəldiyiniz yola xəyanətdi? Sizin içinizdəki Türkiyə sevgisinə, sevdasına görə biz öz azadlığımızı bir cahil toplumuna qurban verməliyik? Siz ki, ölkənin Təhsil Naziri olmusunuz, bizim ölkə vətəndaşlarının və Türkiyə vətəndaşlarının intellektual səviyyəsinin, dünya görüşünün arasındakı fərqi çox yaxşı bilirsiniz. Bizi əsarətə sürükləməyinizi Siz böyüklərə nə tarix, nə də Allah bağışamaz. Belə itaətkar, kölə fikirləri cəmiyyətimizə aşılamayın.

Bizim üçrəngli Bayrağımız həm Kəbəmizdi, həm dinimiz, həm imanımızdı. Onun uğrunda öldürməyə də ölməyə də hazırıq.

Biz heç bir halda imperiyanın subyektinə çevrilməyəcəyik. Qeyd etmisiniz ki, "Suriya, İran, Rusiya, eləcə də Türkiyədə gedən hadiəslər bu narahatlığı daha da artırır.". Bəli, çox böyük müharibələrin, savaşların astanasındayıq. Amma unutmayın ki, Türkiyənin dünya xəritəsində qalıb qalmayacağı özü sual altındadı. Bizim cəhənnəmə gedənə yoldaşlıq etmək kimi fikrimiz yoxdur. Ola bilsin ki, Siz yaşlılar ömrünüzün böyük hissəsini yaşamısınız və Sizin üçün az fərq edər. Amma bizim üçün yalnız Azad Azərbaycan var! Onun üçün ya var olacağıq ya da yox olacağıq!

Bu sətirləri yazmaq mənim üçün çox ağırdı, bəlkə də təsəvvür edə biləcəyinizdən də qat-qat ağır, amma yazmaq məcburiyyətindəyəm. Əvvəllər səsləndirdiyim fikri bir də təkrar etmək məcburiyyətindəyəm - Əbülfəz Əliyevin və Heydər Əliyevin nəfəsi dəyən bütün siyasətçilər siyasi arenadan getməlidi. Əks halda bizi bundan da betər bəlalar gözləyir!

Ola bilsin ki, oxuyub məndən inciyəcəksiniz. İncisəniz də inciməsəniz də bunu mütləq deməliydim. Əslində dünən axşam yazacaqdım, düşündüm ki, səbr edim, emosiyalarla yazmayım. Azərbaycanın taleyi müəyyən olunan məsələdə nəinki Sizə, əgər yanlış fikir səsləndirərsə, Dədəmə də qarşı gedərəm!

Dostunuz,
Laçın Məmişov

P.S O ki, qaldı Suriya, Türkiyə və İran ətrafında cərəyan edən və Sizi narahat edən hadisələrə, o haqda bu gün axşam video yayım edəcəm. İmkanınız olsa, baxarsınız!
------------------------------------------------------------------------
Müsahibədən həmin hissə:

-Sizcə bunlar hansı addımlardır?

-Ətrafda baş verən geosiyasi hadisələrə baxanda məndə bir narahatlıq yaranır. Suriya, İran, Rusiya, eləcə də Türkiyədə gedən hadiəslər bu narahatlığı daha da artırır. Istərdim ki, Türkiyə və Azərbaycan vaxt itirmədən birləşib konfederativ bir dövlət olsunlar. Dilimiz, millətimiz, tariximiz eynidir. Konfederativ birliyin mahiyyəti odur ki, hər iki dövlət öz mövcudluğunu qoruyub saxlayr, lakin bəzi sahələrdə birləşmə gedir. Mən oratq əlifba, ortaq dərslik, ortaq elmi əlaqələr, ortaq ordu, ortaq pul və s. amilləri nəzərdə tuturam. Bu, həm Türkiyənin, həm də bizim xeyrimizədir.

-Türkiyə ilə konfederativ birliyin Azərbaycana hansı faydaları ola bilər?

-Bu olsa, Naxçıvan blokadadan çıxar, Qarabağ məsələsi çox rahat həll olunar. Bir güllə belə atmadan bu məsələ öz həllini tapar. Başqa önəmli məsələlər də var, ancaq burada onları sadalamaq istəmirəm. Əgər söhbət türk birliyindən gegdirsə, mütləq dediyim plan müzakirə olunmalıdır.



MODERATOR.AZ
“Türkiyə və Azərbaycanın konfederativ dövlət kimi bir araya gəlməsinin tərəfdarıyam”
Moderator.az - eksklüziv xəbərin ünvanı
 
Category: SOSİAL ŞƏBƏKƏ XABARLARİ | Views: 374 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: