09:07
"Turkun turkdən başqa dostu yoxdur!"... deyənlərə, onların himayədarlarına və tərəqqipərvər dünya ictimaiyyətinə!
"Rus, fars, erməni - bunlar türkün düşməmi!"
"Turkun turkdən başqa dostu yoxdur!"... deyənlərə, onların himayədarlarına və tərəqqipərvər dünya ictimaiyyətinə!
   Fəxrəddin Abbasova(Əboszodə) AZADLIQ!!!
Elvin İsayevə AZADLIQ!!!
Mubariz Mənsimova AZADLIQ!!!
Aslan Qurbanova AZADLIQ!!!
     Azərbaycan reallığı və ya Ölkədə milli ədavəti kimlər qızışdırır?
18 sentyabr 2020-il tarixində Bakı Ağır cinayətlər məhkəməsində 2019-cu il dekabr ayının 12-də Ukrayna dövlətinin ərazisindən sözün əsil mənasında oğurlanaraq Azərbaycana gətirilmiş Elvin İsayev üzərində məhkəmə prosesi başlayır! Məhkəmə deyəndə talış əsilli ictimai-siyasi fəallar üzərində növbəti "şou-tamaşa" başlayır!
Əvvəllər olduğu kimi talış ictimai fəalları üçün nəzərdə tutulmuş "növbətçi" maddələrlə - CM-nin 281.2 və 283.1 maddələri ilə ittihamlar irəli sürülür.
Azərbaycan hakimiyyət yetgililəri
"Milli ədavəti qızışdırmaq", "Milli zəmində qarşıdurma yaratmaq" deyibən "Adımı sənə qoyaram, səni yana-yana qoyaram" atalar sözünə sədaqətini nümayiş etdirməkdədir.
"Fars, rus, erməni - bunlar türkün düşməni!", "Turkun turkdən başqa dostu yoxdur!" şüarları hayqıranlar (hətta sərt  karantin dövründə,  6-10 nəfərdən çox adamın bir yerə yığışmaq qadağası olduğu  şəraitdə)  qonşu dövlətlərin səfirlikləri önünə yürüş edən kütlənin hərəkətlərini müşahidə edən bu hakimiyyət onlarla həmfikirliyini daim nümayiş etdirməkdədir! Bütün bunlar dövləti təmsil edən, ictimai asayişi qorumalı olan polislərin müşayiəti ilə edilir.
"Rəşidmahmudovların", "yasəmənqaraqoyunluların" ölkədə yaşayan digər xalqların milli heysiyyatını təhqir edən haray-həşirlərinə görə onlara "gözün üstə qaşın var" deyən yoxdur!
Bu zehniyyətləmi demokratik dövlət qurmaq istəyirsiniz? Ötən əsrin 30-40-ı illərində Dünya müharibəsi ilə nəticələnən bu ideologiyanın aqibəti sizlərə dərs olmadımı?
Fəxrəddin Abbasovun(Əboszodə) hüquqları kobud sürətdə pozulur - onun Avropa Məhkəməsinə çıxışının qarşısı kobud şəkildə alınır, şərəfini itirmiş vəkil 3 oktyabr 2019-cu ildə guya AM-nə göndərdiyi Şikayət hələ də ünvana "çatmır", ciddi rejimli cəzaya məhkum edildiyi halda qapalı rejimli həbsxanaya yerləşdirilir! İndinin özündə də F.Abbasovun(Əboszodə) Avropa Məhkəməsindəki təmsilçisinə razılıq ərizəsinin qarşısı alınmaqdadır.
Elvin İsayev haqqında rəsmi orqanların bəyanatında qeyd olunur ki, "Elvin İsayevin müdafiə hüququ yüksək səviyyədə təmin edilmişdir!" Bərəkallah! 9 ay ərzində ona dövlət tərəfindən 2 vəkil təyin edilir, hər ikisi də vəkil kontorunun rəhbərləri ("yüksək səviyyə " deyəndə görünür bu fakt nəzərdə tutulur.) Lakin qohumları tərəfindən tutulmuş vəkillər müxtəlif bəhanələrlə 9 ay ərzində istintaqın işinə buraxılmamışlar!
Aslan Qurbanovun evinə 30 nəfərlik DTX maskalıları hücum etdikləri vaxt o keçirdiyi stress nəticəsində huşunu itirmişdir. Çox güman ki, təcridxanada keçirdiyi günlərdə təzyiq və işgəncələrə məruz qalmışdır. Aldığımız məlumatlara görə, son nəticədə onun psixikası tamam pozulmuşdur!
"Demokratik müxalifət", "azad, müstəqil QHT-lərsə" bütün bunlara göz yumurlar, susqunluqları ilə hakimiyyətin yanında olduqlarını sübut edirlər!
Cənablar, Siz deyin, ölkədə milli ədavəti kimlər qızışdırır?
Milli ədavəti qızışdıranları kimlər himayə edirlər?

Talış xalqına qarşı təqib və təzyiqlərə SON!!!
Talış Milli Hərəkatı(TMH)
 
Category: TMH XABAR | Views: 181 | Added by: tmmrtalish | Tags: Talış Milli Hərəkatı(TMH) | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: