/ Новости сайта / TMH XABAR / Vətənə ac, yorğun və ümidsiz qayıdan həmvətənlərimiz ...
01.06.2020

Vətənə ac, yorğun və ümidsiz qayıdan həmvətənlərimiz ...

67 0 TMH XABAR
Vətənə ac, yorğun və ümidsiz qayıdan həmvətənlərimiz ...

Xalq yaxud xalqlar vətənə birgə sahib olmağa müvəffəq olmaq nəsibliyinə malik olanda həyatlarının tənsimlənməsi, idarə edilməsi, ağır məqamlarda, ən azı yardıma çatması məqsədi ilə Dövlət adında bir təsisat yaradırlar! Bu təsisatın ən əsas və vacib vəzifəsi onu qurub, biyət edən insanının taleyinə sahiblikdir…
 Deyirlər, Azərbaycan adına bir coğrafi məkanın millətləri də toplanıb, özlərində istiqlal cəsarəti yaradıb, insanlarının guya hürriyyətinə də sahiblik öhdəlikləri yaradıblar və…. özləri də bu yalanlara özlərini inandırılar…sədd afərin!
 Amma nə baş verir…dəqiqliklə demək olar ki, ölkənin əksər mahallarında, Bakı və ətrafları istisna olmaqla, sosial-iqtisadi soyqrım törədilib, böyük ərazilərdən insanları bir tikə çörək arxasınca, dünyanın hər yerinə, əsasən Rusiya Federasiyasına, bütün əziyyətlərə rəğmən, səpələnməsinə nail olmuşlar!
 Bəlkə də, Xudavəndi Aləmin göndərdiyi kovid-19, koronovirusun ucbatından, dünyanın hər yerində yaranan sosial-iqtisadi ağırlıqlar ucbatından insanlar, o cümlədən RF-na sığınan həmvətənlərimiz,  əsasən gənclər, öz vətənlərində, öz dövlətlərinin himayəsinə sığınmaq məqsədi ilə köçə başlamışlar…  Bütün Rusiya ərazisində maneəsiz hərəkət edən insanlar, vətənlərinin giriş qapılarında, sərhəd məntəqələrində, qabalıqla saxlanılaraq, demək olar ki, taleyin qismətinə buraxılmışlar… Qeyri-rəsmi məlumatlara görə, Talış Muğan Muxtar Respublikasında sosial-iqtisadı soyqrım ucbatından, hazırda təkcə Rusiya Federasiyasına 300 mindən 500 minə qədər həmvətənimiz sığınmışdır!
Onlar, çox güman ki, böyük əksəriyyəti qərib ölkədə, iş və yaxud, fərdi bizneslərini qurmağa müvəffəq ola bilməmişlər. Hazırda çoxları raslaşdıqları ağır vəziyyətdən, müvəqqəti də olsa, xilası vətənə qayıtmaqda gördüyündən, xeyli vaxtdır ki, ölkənin şimal sərhəd keçid-məntəqələrinin qarşısında öz “dövlət”lərinin onların taleyinə sahib çıxacaqlarını gözləyirlər…
  Lakin…ac, yorğun və işini itirmiş, pulsuz-parasız vətəndaşlardan, Azərbaycanın mövcud, qanunlara yad hökuməti bərk narahatlıq keçirir və hətta, deyərdim, qorxur, çünki onların sayları günü gündən artır. Vətənə gəlsələr, bizim mahalın vətəndaşlarına nə və necə yardımlar olunacaq?  Onlara da, 190 manat sosial yardım veriləcəkmi və bu 190 manatla bağlı qeydiyyatdan keçmiş vətəndaşlarımıza, sürpriz dolu hansı smslər gələcək? 

P.S. Onların Rusiyadan gəldikləri və vətəndə demək olar ki, heç nələrinin olmamasını “sevimli” dövlətimiz nəzərə ala biləcəkmi?

Dərin hörmətlə
Talış-Muğan Muxtar Respublikasının, Mühacir Hökümətinin 
Gənclər, İdman və Turizm vəziri.

                     Ilham Babazade
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *: