search
menu
person

NEWS AND UDATES


00:19
Venesuellada siyasi gərginlik:Müxalifət lideri özünü prezident elan etdi

Venesuellada siyasi gərginlik:Müxalifət lideri özünü prezident elan etdi

Amerika prezidenti Donald Tramp müxalifyönlü Venesuela Milli Assambleyasının rəhbəri Xuan Quaidonu rəsmi olaraq prezident vəzifələrinin müvəqqəti icraçısı kimi tanıyıb.

"The Washington Post” ABŞ prezidenti Donald Trampın bu barədə bəyanatını yayıb.

”Bu gün mən rəsmən Milli Assambleya (parlament) sədri Xuan Guaido-nu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıram. Parlament xalq tərəfindən seçilmiş yeganə legitim orqandır...Venesuela xalqı prezident Nikolas Maduroya və onun rejiminə qarşıdır. Xalq azadlıq və qanunların icrasını tələb edir” - deyə ABŞ prezidenti bəyanatında bildirib.

Bundan başqa, Braziliya, Kolumbiya, Çili, Paraqvay, Ekvador, Argentina, Kosta Rika da yeni prezidentə dəstək verib. ABŞ, Kanada, Fransa isə daha əvvəl yeni prezidentə öz dəstəyini ifadə etmişdi. Meksika və Boliviya isə belə bir addım atmaq fikrində olmadığını bildirib.

Категория: SIYASƏT | Просмотров: 44 | Добавил: tmmrtalish | Рейтинг: 0.0/0
Всего комментариев: 0
avatar
https://www.accuweather.com/az/az/lankaran/29090/daily-weather-forecast/29090