/ Новости сайта / TALIŞH / Virus. ( Kiçik hekayə)
01.06.2020

Virus. ( Kiçik hekayə)

100 0 TALIŞH

Virus. ( Kiçik hekayə).

Bir ay əvvəl səhərə işə gedəndə belə bir hadisəyə rast gəldim. Avtobus dayanacağında dayanıb avtobus gözləyirdim , avtobus gecikirdi ,amma taksi şoferlərin "Sədərək..Binə.." qışqırığ səsləri qulağımı deşirdi.Dayanacağin qarşısındakı yol, kecid yolu olduğuna görə zolaqlı idi. Avtobus uzaqdan görsənməyə başlayanda dayanacağın qarşı tərəfində ,əlində sumka,ağzında virusdan qoruyucu maska olan bir qız yolu tələsik keçmək istədi.Bu vaxt yol zolağına diqqət yetirməyən, surətlə yolu keçən çox bahalı bir maşın az qala qızı vuracaqdı.Qız maşından qorunmaq üçün dayanmaq istəsədə amma özünü saxlaya bilməyib asfat yola yıxıldı, sumkasında olan yemək bankası çıxıb asfalta dəyib sındı, yemək yola dağıldı.Taksi şoferləri tez qıza köməyə qaçıb qızı qaldirdilar .Qıza heçnə olmasa da bərk qorxmuşdu. Bahalı maşının sahibi gördü ki, salamatliğdi qızdan üzr istəyib, maşını surub getdi .
Avtobusda qız yanimda oturmuşdu, hələ ozünə gəlməmişdi, ürək-dirək verdim və soruşdum :
-Bu maskanı yəqin virusa görə taxmısız,eləmi?
Dedi:
- Bəli əmi, deyirlər korona virusu çox qorxuludur, ona görə mən də qorxudan maska taxmışam.
Dedim:
- Qızım, məncə korona virusundan yox, bu maşınlardan qorxmaq və qorunmaq lazımdır. Bilirsənmi dunyada maşın qəzalarinda nə qədər insan həyatını itirir və nə qədər insan şikəst qalır? Heç bir virus maşın qəzalari qədər qorxulu deyildir, Amma bu "qəza" virusundan qorunmaq üçün maska almaq lazım dəyil, əksinə insanların ağlında olan axmaq maskaları çıxartmaq lazımdır.Qayda -qanun hamı üçün ,kasıb üçün də, varlı üçün də bir olmalıdır.
O gundən bir ay keçməsinə baxmayaraq nədənsə qızın asfaltda sınmiş xörək bankası, yerə dağilmiş kartof qızatması tez-tez gözlərimin qarşısına gəlir.Özümü məzəmmət edirəm ki,niyə mən az da olsa qıza maddi kömək eləmədim..

Şirəli Əlyar
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *: