20:25
"VOROVSKOY" POLİSLƏR
"VOROVSKOY" POLİSLƏR
Yazıq fəhlə gecə yatmamışdan öncə, cibində olan azacıq pula nəzər salıb külfəti ilə məsləhətləşərək, sabah bazardan alacağı ərzaqların siyahısını götürür.Az pula, o qədər çox şey almaq arzusu olur ki, bəzən yol pulu istisna, qəpiyinə qədər limit dolur.Gecəni elə bu düşüncələrlə yuxuya dalıb, səhər erkəndən bazara üz tutur.Təbii ki, pulu taksidən istifadə etməyə imkan vermədiyi üçün ictimai nəqliyyatdan istifadə edir.
Adətən, pəncərəyə yaxın oturacaqlarda oturur ki, başını aynaya dayayıb sürətlə ötüşən nəqliyyat vasitəsinin geridə buraxdığı obyektlər kimi, müvəqqəti də olsa qayğılarını unuda bilsin.Amma, nə faydası, düşünmək ,həmişə düşünmək fəhlənin alnına yazılmışdır, sanki.O qədər dərin xəyallara dalır ki, marşrutun harda saxladığını, kimlərin nəqliyyata nüfuz etdiyinin belə fərqində olmur.Əlbəttə, bu hal polis əməkdaşlarının marşruta daxil olaraq uca səslə, azacıq da "burju" ədası ilə " vətəndaş sms icazənizi göstərin" demələrinədək davam edir.Polis nəfərlərinin zabitəli səsindən diksinən fəhlə, əlini telefona atır ki, icazəni möhtərəmlərə göstərsin.Elə bu vaxt elektrik cərəyanı vurmuş adamlar kimi dili kəkildəyə-kəkildəyə:
-Telefonum zaryatka olmadığından sönmüşdür, amma vallahi icazəm vardır.
-Biz bunu dəqiqləşdirməliyik, maşından düşün
Yazıq fəhlə yarı yolda maşından düşdüyü üçün, artıq taksiyə verəcəyi pulun ucbatından bazarlıq siyahısından hansı ərzağı ixtisar edəcəyi barədə düşünür.
Sonuncu cəhdi etmək üçün fəhlə:
-Sistemə baxın da qardaş, mən axı icazə almışam, niyə küçədə qalmalıyam?
Vətəndaşın iradından heç də məmnun olmayan polis nəfəri:
-Vətəndaş niyə "aqressivni" danışırsan?
Bu, artıq binəvanın başına qaynar su tökmək mislindədir. Ürəyindən keçir, hər şeydən keçə, bu polis nəfərinə, "qardaş mən aqressiv olmayıb kim olmalıdır? Günün 24 saatı qul kimi yalnız ailənin dolanışığını fikirləşən mən, birdəfəlik istifadə üçün nəzərdə tutulan maskanı, yoxsulluqdan yuyub ütüləyərək aylarla təkrar-təkrar sifətimə keçirtməyə məcbur edilən mən.Elə isə kim aqressiv olmalıdır?" deyə, fəqət külfəti gəlir gözünün qabağına....
Əzizlər, bu yazı ilə mən heç də hər hansı bir aqressiv davranışlara haqq qazandırmaq niyyətində deyiləm.Qəzəb ilk öncə, hirslənən insanı atəşə qərq edir.
Sadəcə, burdan ərk edib deyirik ki, bu cür həssas günlərdə polis əməkdaşları vətəndaşlara qarşı həssas, nəzakətlə davransınlar.Hər halda bildiyim qədər siz əziz polislər "vorovskoy" aləmə qulluq etmirsiniz ki, vətəndaşın hər hansı bir iradını şəninizə yaraşdırmayıb , "abrotka" verə bilmədiyiniz üçün özünüzü "sınmış" hesab edəsiniz.Bir-birimizə qarşı diqqətli olaq, qayğı ilə davranaq.
Allah amanında
Elvin İrşadov
Category: Sİyasət | Views: 36 | Added by: tmmrtalish | Tags: Elvin İrşadov | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: