search
menu
person

NEWS AND UDATES


10:35
Xəstə atası üçün Bakıya qayıdan ilahiyyatçı Ruhullah Novruzzadə aeroportda saxlanıldı


Xəstə atası üçün Bakıya qayıdan ilahiyyatçı Ruhullah Novruzzadə aeroportda saxlanıldı

 

İslamazeri.com xəbər verir ki, bu gün səhər saat 4 radələrində Tehran - Bakı reysilə qayıdan və Qum Universitetinin Hüquq fakültəsində (ikinci təhsil) oxuyan  ilahiyyatçı Ruhullah Novruzzadə aeroportda saxlanılıb.

Polisdən bildirilib ki,  Prokurorluqdan Ruhullahın ölkəyə girişinə qadağa qoyulub, saat 12-də o,  ya İrana qaytarılacaq, ya da Bakıda qalacağı məlum olacaq.

Xatırladaq ki, Ruhullahın atası Məsim Novruzovun səhhəti ağırdır və bir aya yaxındır ki, ikinci dəfədir xəstəxanaya yerləşdirilib. Məhz Ruhullah atasının vəziyyətinin ağır olmasıyla bağlı Tehrandan Bakıya qayıdırdı.

Dörd il öncə Ruhullah Novruzzadə quru yolu ilə Bakıya qayıdarkən  ölkəyə girişinə STOP qoyulması səbəbilə geri qaytarılmışdı.

Qeyd edək ki,  Ruhullah Novruzzadə jurnalist Ramin Bayramov və hazırda həbs həyatı yaşayan ilahiyyatçı Hacı Abgül Süleymanovun qaynıdır.

 

 

Category: XƏBƏRLƏR | Views: 41 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar