search
menu
person

NEWS AND UDATES


00:01
Xalqın faciəsi üzərində özünə gün-güzəran quranlar barədə

Xalqın faciəsi üzərində özünə gün-güzəran quranlar barədə


Rizvan Şıxızadə
 
Bir həftə olar ki Moskvada azərbaycanlılar jurnalist Fuad Abbasova dəstək olmaq üçün müzakirələr aparırlar.
Evsiz adama ev almağa kömək etmək çox yaxşı işdir. Nə qədər belə hallar çox olsa daha yaxşıdır.
Ancaq Fuadın xalqın milli hisslərində istifadə edib özündən şou yaratması sadəcə xalqı avam yerinə qoymaqdır.
Fuad Türkiyənin "İxlas" agentliyinin Moskva üzrə muxbiri idi. Bunu siyasi tele-tebatlara dəvət edirdilər. Bu, azərbaycanlı ola-ola Türkiyənin vəkilliyini edib Rus cəmiyyətində Azərbaycanlılara qarşı mənfi fikirlər yaradırdı. Türklər Rusiya ilə münasibəti yoluna qoyandan sonra Fuadı işdən çıxartdılar.
Ailəli, işsiz adamın ipotekanı verməyi çətin olduğundan bankla müştəri (Fuad Abbasov) arasında problem yarandı. Məhkəmənin qərarına əsasən Fuad ya ipotekanın qalan hissəsini verməli idi, ya da bank mənzili satıb öz borcunu götürəcəkdi.
Bankın pulunu vermək üçün xeyriyyə marafonu keçirmək olardı. Ancaq adi vaxtda kim idi Fuada pul verən. Ona görə hər hansı hadisə üzərində reklam qazanmaq lazım idi. 2016-cı il "aprel döyüşləri" vaxtı Fuad hərəkətə gəldi. Bir az reklam qazandı, dərhal bundan istifadə edib kredit pulunu yığmağa başladı. Ancaq kömək lazımi qədər olmadı.
Və nəhayət 2019-cu ilin fevralında, cinayətkar qrupların məişət zəminində baş vermiş davasını Fuad Abbasov böyük məharətlə iki xalqın (azərbaycanlı-çeçen) milli ədavətinə çevirdi. Guya çeçenlər hucum edib neçə azərbaycanlını öldürüblər. Əslində Moskvada 14 fevral heç kim öldürülməmişdi. Olmayan hadisədən elə şou yarandı ki sanki müharibədir, ancaq Moskva öz sakit həyatına davam edirdi. Çeçenlərlə bir neçə dəfə görüş baş tutdu, hətta bir görüşdə Fuad Abbasov Moskvada yerləşən Azərbaycan milli-mədəni muxtariyyətinin rəhbərlərindən olan Ağadadaş Kərimovu konfiliktə təhrik etdi.
İki böyük qəhrəmanlıq edən -biri olmayan çeçen-azərbaycanlı davasını yatırdığna görə, biri də diaspor rəhbərlərindən olan Ağadadaş Kərimovu biabır etdiyinə görə- Fuad Abbasov xalqın gözündə qəhrəman oldu. Reklamın zirvəsində ipotekın bağlamaq şansı yaratdı. Deyilənə görə ona verilən pullar evin qiymətindən iki dəfə çoxdur. 
Fuadın "həyasızlığı" ona axırda uğur gətirdi.
Sankt-Peterburq şəhərində Fizuli Cavadzadə adında bir jurnalist var. Ağsaqqal adamdır, ona hörmətim var. Ancaq o da deyəsən Fuad kimi hərəkət etmək istəyir. Sankt-Peterburqda guya Fuad Abbasova dəstək aksiyasını çəkib. Gedib Yujnı bazarına, orada işləyən həmyerlilərimizdən xahiş edib ki siz Fuadı tərifləyin, sizi TV-də göstərərlər. Fizuli müəllimin xahişini yerə salmayıblar, Fuadı tanımasalar da, bir az hazırlaşıb, tərifləyiblər.
Bu nə jurnalistikadır? Bu nə xalq sevgisidir? Bu nə vətənə məhəbbətdir?
Rusiyada diaspor fəaliyyətində çox qeyrətli insanlar var ki həm maddiyatını, həm də şəxsi nüfuzunu xalqın yolunda xərcləyirlər. Azərbaycanda heç kim onları tanımır. Birini qeyd edirəm, o birilər yəqin inciməz. Samara şəhərinin diaspor rəhbəri Şirvan Kərimov. Bu insanın savadı, dünyagörüşü, Rus cəmiyyətində hörməti Fuad kimi fürsətcil insanlardan min dəfə çoxdur.
Ancaq Şirvan müəllimi Azərbaycanda heç kim tanımır.
Çünki bizə həqiqi vətənpərvərlər yox, Fuad kimi xalqın faciəsindən şou yaradanlar maraqlıdır...
Category: XƏBƏRLƏR | Views: 43 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar