/ Новости сайта / TALIŞH / Xaricdən Azərbaycana təxliyyə edilən koronavirusa yoluxma şübhəsi olan adamlar Talışa gətirilir
29.03.2020

Xaricdən Azərbaycana təxliyyə edilən koronavirusa yoluxma şübhəsi olan adamlar Talışa gətirilir

41 0 TALIŞH
Xaricdən Azərbaycana təxliyyə edilən koronavirusa yoluxma şübhəsi olan adamlar Talışa gətirilir.

Hətta Türkiyədən Naxçıvana təxliyyə edilmiş vətəndaşlar da Talışa gətirilib. Bunu da əsaslandırmışdılar ki, güya Talış İranla sərhəd olduğuna görə oranı karantin zonası tipində bir şey ediblər. Əslində isə Talış heç karantinə də alınmayıb.
Həmçinin rəsmi rəqəmlərə görə virusa yoluxma daha çox Abşeron yarımadasında qeydə alınıb.

Digər tərəfdən, Naxçıvan həm İran, həm də Türkiyə ilə sərhəddə yerləşir və hər iki ölkədə karonavirusa yoluxmuş insanların sayı yüksəkdir. Əgər əsaslandırma sərhədlərdəki risklə bağlıdırsa, Naxçıvanın Talşdan fərqli olaraq 2 qat daha çox yoluxma riski var və məntiqlə xaricdən gələnləri Naxçıvana yığmaq daha uyğundur. Çünki onsuz da həmin region karonavirusa yüksək yoluxmuş İran və Türkiyə ilə sərhəddədir. Bu da onu Azərbaycan üzrə koronavirusa yoluxma ehtimalı olan ən riskli region edir.

İkincisi, Naxçıvan Azərbaycanın digər regionlarından izolyasiya olunub. Yəni gələcəkdə oranı xüsusi qaydada da karantinə almağa ehtiyac olmayacaq. Ordan Azərbaycanın digər regionlarına xəstəlik yayılması mümkün deyil. Çünki Naxçıvanın Azərbaycanın digər regionları ilə quru sərhəddi yoxdur. Oranın Azərbaycanla yeganə quru əlaqəsi İran vasitəsi ilə qurulurdu ki, hazırda da İranla sərhədlər bağlı olduğuna görə bu mümkün deyil. Belə halda yeganə əlaqə hava yolu ilə olur. Burda da gediş-gəliş çox azdır və nəzarət edilməsi idealdır. Bu isə o deməkdir ki, Naxçıvanı seçməklə hökümət yarım milyon əhalini nəzarətdə saxlamalı olacaq. Bütün bunlar Naxçıvanı virusla mübarizədə ən starteji bölgə edir.

Bəs nəyə görə bütün şübhəlilər Talışa daşınır? Bütün ehtimallar yenə də hökumətin talışlara qarşı passiv soyqırım və repressiya siyasətinə bağlanır. Azərbaycan hökuməti növbəti dəfə talışlardan nə dərəcədə qorxduğunu, hər fürsətdə onları məhv etməyə hazır olduğunu nümayiş etdirir. Yuxarıdakı əsaslandırmalar da göstərir ki, hökümətin bəhanələri boşboğazlıqdan başqa bir şey deyil.

Lakin Azərbaycan höküməti tələsik, nifrət siyasəti ilə qərarlar verdiyindən, bəzi məsələləri ilk günlərdə gözdən qaçırmışdı. Nəzərə alın ki, Talış Azərbaycanın digər regionlarından izolyasiya olunmayıb və karantinə alınmayıb. Bu isə o deməkdir ki, həmin bölgədən digər bölgələrə də xəstəliyin yayılması ehtimalı yüksəkdir. Yəni talışlara qarşı olan bu siyasət Naxçıvandan başqa ölkənin bütün bölgələri üçün təhlükəlidir.

Hətta deyərdim ki, əgər Talışda yoluxmuş adamlar olubsa bu şübəhəsiz olaraq Bakı, Sumqayıt və Xırdalan ərasizinə də yayılıb. Çünki İranla sərhədlər bağlananda belə Abşeron yarımadasına gediş gəliş mümkün idi. Abşeron yarımadası da Azərbaycanda talışların ən çox yaşadığı regiondur və bu regionla Talış zonası arasında olan gəliş-gediş ölkə üzrə ən işlək vəziyyətdədir. Çünki bayramqabağı çox adam bir-birinə qonaq gəlib gedib, həmçinin bölgə ilə İrandan yükdaşımalar baş tutub. İranla sərhədlər bağlanmamışdan öncəki işləklik isə daha yüksək olub.

Bildiyiniz kimi, karonavirus 14 gün sonra özünü göstərməyə başlayır. Buna görə də, əgər Talışda yoluxma olubsa, bu onsuz da artıq Bakıya və digər şəhərlərə keçib.
Hökümət vəziyyətin ciddiliyini gec də olsa başa düşdü və buna görə də Abşeron yarımadasına kənardan gəlişləri bağladı. Diqqət ediləsi amil budur ki, ölkənin karonavirusa qarşı ən həssas bölgəsi olan Naxçıvandan Bakıya giriş hələ də bağlanılmayıb. Digər tərəfdən, Naxçıvandan gələnlər nəinki karantinə alınmır, hətta virusla bağlı xırda yoxlanışlardan belə keçmir.

Həmçinin Azərbaycan səhiyyəsinin durumunu və bir-neçə gün əvvəl tibbi maşında Bakıya insanların daşınmasını gördük. Bu isə o deməkdir ki, istənilən halda Bakı ilə gediş gəliş mümkün olacaq. Kimi yük maşınında, kimisi polis nəzarəti olmayan yerdən piyada keçməklə, kimisi rüşvətlə Bakıya keçəcək və faciənin qarşısını almaq mümkün olmayacaq. Abşeron ilə sərhədə beton divar hörmək mümkün deyil.

Azərbaycanda koronavirusu müəyyən etmək üçün mərkəzlər də yoxdur. Ümumiyyətlə hökümət izahat verməlidir ki, virusa yoluxduğu deyilən adamları necə müəyyən edir. Bir-nüçə gün əvvəl ÜST-ün nümayəndəsi də Azərbaycanda virusu müəyyən edə biləcək mərkəzlərin olmadığını bildirmişdi. Fikrimcə bizdə virusa yolxuma halları simptomlara əsasən təyin edilir. Simptomlar da özünü 2 həftə sonra aşkar göstərir. Bu isə o deməkdir ki, yolxumuş, lakin simptomları hələlik hiss edilmyən adamlar hələ də küçələrdə sərbəst dolaşır, bayram günü qohumlarla bayramlaşıb virusu yayır.

Bu cür vəziyyətdə şübhəlilərin Naxçıvana daşınması ən məntiqli üsuldur. Əgər şübhəlilər Naxçıvana daşınsa, Azərbaycanın Naxçıvandan kənarda yaşayan əhalisinin, yəni 9 milyon 500 min insanın yoluxma riski ciddi şəkildə azalacaq. Bu həmçinin dövlət üçün daha az xərc olacaq. Çünki həm 9 milyon yarım insan təhlükədən uzaq duracaq, həm də Naxçıvanı xüsusi qaydada karantin zonası edib sərhədə polis və digər canlı qüvvə qoymağa da ehtiyac qalmayacaq.
Hazırda isə hökümət sırf yürütdüyü etnik, tayfaçı, separatçı siyasətə görə Azərbaycanın yarım milyon əhalisini təhlükədən qorumaq üçün 9 milyon yarım əhlisini təhlükəyə atır.

Ayrıca olaraq, saytlardakı “Türkiyədən Naxçıvana təxliyyə edilmiş vətəndaşlar vətənə gətirildi” tipində cümlələr tamam ayrı bir qorxulu mövzudur. Karonavirusla bağlı bütün xəbərlər saytlara hökümət tərəfindən hazır qaydada verilir və onların içərisindəki cümlələrin Naxçıvanı ölkədən ayrı kimi göstərməsi də əhaliyə “Naxçıvan separatizmi”nin sakit şəkildə yedizdirilməsidir.

Rahim Şaliyev
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Календарь
«  Март 2020  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Всего ответов: 10
Статистика

Онлайн всего: 4
Гостей: 4
Пользователей: 0