19:53
YARDIM ƏLİ

YARDIM ƏLİ

Bu şəkil Macarıstanda çəkilib. Kökü kəsilmiş bir ağac, qonşu ağacın dəstəyi ilə nəinki qurumayıb, inkişaf edir, böyüyür.

İnsanlar üçün çox ibrətamiz bir şəkildir. 44 günlük ikinci Qarabağ müharibəsi, Azərbaycan xalqının zəfər qələbəsi ilə başa çatdı. Amma bu misilsiz qələbənin görünməyən tərəfləri hələ uzun müddət xatirələrdən silinməz, ağrı-acıları ürəklərimizi ağrıdacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Hər bir şəhid ailəsinin, hər bir qazinin, müharibə iştirakçısının, dövlətlə yanaşı həm də ictimaiyyətin, qonşuların, yaxınların maddi və mənəvi dəstəyinə ehtiyacı var. Əgər təbiətdə yetişən ürəksiz, təfəkkürsüz, duyğusuz bir ağac, yanında bitən köksüz bir ağacı yaşada bilirsə, deməli Uca Allahın bizə verdiyi təfəkkür, ürək və duyğularımız hesabına, biz insanlar daha artığına qadirik. Hərdən KİV lərdə, sosial şəbəkələrdə şəhid ailələrinin, qazilərimizin, müharibə iştirakçılarının qarşılaşdığı çətinlikləri görəndə, bu acı mənzərələrə sakitcə baxmaq olmur. Axı biz onların hesabına bu gün qalib xalq sayılırıq. Dövründən və zamanından asılı olmayaraq heç bir ölkə quruluşu, dövlətin iqtisadi- siyasi kursu, Partiyaların Qarabağ hadisələrinə baxışı, bu igid övladlarımızın misilsiz şücaətini aşağılaya bilməz. Azərbaycan xalqı və dövləti durduqca, bu qəhrəman övladlarımız da xalqın qəlbində Babək kimi, Şah İsmayıl kimi, ikinci dünya müharibəsi iştirakçıları kimi yaşayacaq, şəninə abidələr tikiləcək, filmlər çəkiləcək, mahnılar bəstələnəcək...

Bunlar hamısı gələcəyin işidir, amma bu gün onlar aramızdadır, bütün ağrı- acıları ilə, bütün qayğıları ilə bizimlə yanaşı yaşayırlar. İnsanlıq xatirinə biganə qalmayaq, dəstəyimizi əsirgəməyək. Qələbə nə qədər şirin olsa da, hər hansı bir müharibə bir o qədər acıdır, faciədir.

RƏDD OLSUN MÜHARİBƏ. BÜTÜN DÜNYAYA AYDIN SƏMA, SÜLH VƏ ƏMİN-AMANLIQ ARZUSU İLƏ...

19 05 2021ci il ADİ

 

Bir təbiət və ağac şəkili ola bilər

 

Category: Sosial şəbəkə xəbərləri | Views: 52 | Added by: tmmrtalish | Tags: 19 05 2021ci il ADİ | Rating: 0.0/0
Total comments: 0
Подписка: 1 Код *: