search
menu
person

NEWS AND UDATES


19:16
Əyri yolla düz yola çıxılmaz, yalançı keçmişlə doğruçu gələcək qurulmaz  Talış diyarı tarixi Azərbaycan ölkəsinin Xəzər dənizinin cənub-şər

Əyri yolla düz yola çıxılmaz, yalançı keçmişlə doğruçu gələcək qurulmaz 


Talış diyarı tarixi Azərbaycan ölkəsinin Xəzər dənizinin cənub-şərq sahilinə düşən hissəsində yerləşən, Talış dağları, Lənkəran ovalığı və Cənubi Muğan düzündən ibarət tarixi-coğrafi bölgəsidir. Hələ ərəb tarixçiləri buranı ya Talış, ya Muğan kimi tanıyıblar. Heredot zamanında isə bu ərazi Kaspiana ölkəsinin bir parçası olub. İndi Talışın bir hissəsi İran İslam Respublikasının şimalına, bir hissəsi isə Azərbaycan Respublikasının cənub-şərqinə düşür. 

Odur ki, kim Talış diyarını, yəni Azərbaycan Respublikasının cənub-şərqində yerləşən tarixi-coğrafi bölgəni Cənub adlandırırsa, deməli, oranı eləcə cənub da bilir, onda onun ya coğrafi savadı o qədərdir, ya da ölkənin cənub-qərbindən əlini birdəfəlik üzüb və artıq oranın erməni işğalı ilə barışıb. Bu onun həmçinin "Cənub həsrəti"ni, "Cənubi Azərbaycan sevdası"nı sovet köhnəliyinin qalığı kimi tamam-kamal unutduğunu göstərir.  
Hansı talış Talış diyarına özü Cənub deyirsə, xalqını bəyənmir, çünki ora Talış deməmək dəbi, bəlli sənəd-sübutlara toxunmadan bildirim ki, 90-cı illərin əvvəlində yaranıb, ondan qabaq kimsə həmin bölgəni başqa cür adlandırmırdı, ələlxüsus yaxın qonşularımız olan muğanlılar və indi Talışa israrla Cənub demək kimi mənfi və mənfur vərdiş həmin adın talış xalqı ilə bağlı olduğunu həzm edə bilməməkdən törəyir. Eynilə heç zaman olmayan Lənkəran xanlığını köhnə tarixə qondarmaq kimi.
Hansı talış Talış diyarına özgələri Cənub deyəndə mıqq etmirsə, məlum kinokomediyada Professor ona Kolxoz adı qoyanda "necə məsləhətdir, olsun Kolxoz" deyən Qüdrətdir, deməli, bir növ, özünü tanımır... 

Bu ölkədə Qarabağ da var, Şirvan da var, Naxçıvan da var, Gəncəbasar da var, Zəngəzur da var, Muğan da... var və onlar necə varsa, o cür də Talış var. Qarabağsız, Şirvansız, Naxçıvansız, Gəncəbasarsız, Zəngəzursuz, Muğansız... Azərbaycan natamam olduğu kimi, Talışsız Azərbaycan da yarımçıqdır.
Tarxi mahallarımızı tarixi adından məhrum etmək onları tarixi simasından məhrum etməkdir, bu isə sonda Azərbaycanın öz tarixi simasını itirməsinə gərib çıxaracaq.
Belə. 

Dürüstlük dürüstlük gətirər, oğurlama, oğurlamasınlar, niyyət vasitəyə haqq qazandırmır, o da hələ niyyətin  təmizdirsə və s. və i... 

Müəllif Seymur Shahbaz-zadeh 
Category: XƏBƏRLƏR | Views: 134 | Added by: tmmrtalish | Rating: 0.0/0
Total comments: 0
avatar
$ COM_IS_ACTIVE $  $ COM_NUM_ENTRIES $