/ Новости сайта / SIYASƏT / YUYULMUŞ BEYİNLƏR SİLSİLƏSİNDƏN
12.07.2020

YUYULMUŞ BEYİNLƏR SİLSİLƏSİNDƏN

86 0 SIYASƏT
YUYULMUŞ BEYİNLƏR SİLSİLƏSİNDƏN ...

Bir yaxınım ilə, kişi xeylağı ilə söhbət edirəm. Ələkrəm Hümmətzodəni çox pis qarğıyır . Deyirəm niyə belə deyirsən, nə edib sizə Ələkrəm Hümmətov ? Deyir ki, ona görə oldu hamısı, o, qatdı aləmi bir-birinə. Lənkəran qabaq xan Lənkəran idi , ona görə baxmırlar Lənkərana. Nə qədər yaxınım olsa da üstünə qışqırmaqdan özümü saxlaya bilmədim . Dedim “nə etdi Ələkrəm , həyatını sənə qurban verməkdəmi günahkardır ? Tutaq ki, o nə isə etdi. İllərdir artıq yoxdur da burda, çıxartdılar onu Vətənindən . Qoy indi elə onun acığına Talışlar üçün nə isə etsinlər də . Talışa hörmət etməklə onun səsin kəssinlər, niyə etmirlər !? “ Yaxınım mənim çöndüyümü görüb yumşaq səslə : o etdi də , biz hamımız ona inandıq , onun dalınca getdik dedi. O isə oturub kefində bizi qoydu bu günə . Dedim : “ niyə getdiniz onun arxasınca ? Sizi zorlamı apardı ? Hamınız öz istəyinizlə getdiniz, soruşuram niyə !? Çünki bu hamınızın istəyi idi ,Ələkrəm hər bir Talışın ürəyində közərən qığılcıma benzin töküb alovlandırdı. Sizin cürət etmədiyinizi o, etdi !!! Ona görə də danışığınıza fikir verin, mənim üçün insanlıq etalonu olan birini orda-burda təhqir etməyin , hələ mənim yanımda heç etməyin !!! Ayıbdır !!! Bunu təkcə o yox hamınız istəyirdiniz, ona görə də özünüz onun arxasınca getdiniz !!! Yaxınımla olan bu xoşəgəlməz dialoqun məzmunun burada saxlayıb , məndə yaranan sonsuz suallara cavab tapmaq üçün üzümü bu cür düşüncədə olan Talışlara tuturam .... Bəlkə yalandır, bəlkə düz demirəm !? Bəlkə sabah ölkə Prezidenti desə ki, mən Talışlara Muxtariyyət verirəm , bu hamınızın ürəyindən olmazmı, buna görə hətta Prezidentə sədaqət andı içməzsinizmi !? Yoxsa deyəcəksiniz yox cənab Prezident bizə Muxtariyyət lazım deyil bu rəzil həyat ürəyimizcədir !? Bax sizləri anlaya bilmirəm mən ... Ələkrəm Hümmətova görə Talışlar gözümçıxdıdadır , Ələkrəm Hümmətova görə Lənkərana baxılmır, Ələkrəm Hümmətov Ermənistana getdi Talışlara ləkə vurdu və s., və ilaxır !!! Nə Ələkrəmmiş İlahi ??? Xəbəriniz var ki, belə rəzil bəhanə ilə özünüz didiklərinizi təkzib edirsiniz !? Deyilənlərə inansaq Talışların əksəriyyəti Ələkrəmi qəbul etmir, ona Talışların üz qarası deyir ... Əcəba o zaman niyə bu fövqəlinsanın hara getməsi, nə etməsi, fəaliyyəti bütöv bir xalqa baxmamağa, o xalqı düşmən gözü ilə görməyə səbəb olur ? Axı Ələkrəm Hümmətzodə nə isə edəndə, Ermənistana gedəndə bütöv bir xalqı özü ilə aparmamışdı !!! Yadımdadır ermənistana gedən Ələkrəm Hümmətova elə siz Talışlar hansı təhqirləri etmədiniz !!! Nə aldınız cavabında? Mən deyim icazənizlə ! Bu qədər canfəşanlıqdan sonra sizin aldığınız çox sağ ol - Ələkrəm ermənistana getdi ona görə biz Talışlara baxılmır- oldu. Amma olan o idi ki, siz hamınız bir nəfər kimi, hətta Baloğlan Əşrəfov belə Ələkrəm Hümmətzodəni təhqir etdiniz , tənqid yox məhz təhqir . Onun ermənistana getməsi mənə də pis təsir etdi əvvəl , amma mən sizdən fərqli olaraq onu təhqir etmədim . Çünki sizdən fərqli mən anlayırdım ki, o nə edirsə mən Talışın xoş güzəranı üçün edir . Ona görə mən onunla əlaqə yaratdım və birbaşa onun özündən soruşdum .... Və bütün bunlara bu prizmadan baxanda sizə elə gəlmirmi ona satqın deyənlər Ələkrəm Hümmətovun fərdi fəaliyyətinə görə bütöv bir xalqa biganə olmaqla onun Talış xalqının Lideri, Prezidenti, Ağsaqqalı olmağını deyuri və de-fakto qəbul edirlər ? Həyatımıza, mənliyimizə, qeyrətimizə, milli qürurumuza və s., sahibliyimiz əlimizdən alınandan sonra , heç olmasa düşünə bilmək bacarığımıza və düşüncələrimizə sahibliyimizi əlimizdən almağa imkan verməyək ....!!!??? Bütün yaxşılara ən xoş arzularımla ....

tolishstan.com
 
Поделитесь в социальных сетях

Комментарии 0

Подписка: 1 Код *:

Категории раздела
TMH XABAR [248]
TMMR XABARLAR [80]
MADANİYYAT [15]
TALIŞH [227]
SIYASƏT [105]
SOSİAL ŞƏBƏKƏ XABARLARİ [12]
SİYASAT
ELİM VƏ İNKŞAF [13]
TARİX [23]
İDMAN [3]
TARİXİ ÇİXŞLAR [4]
SOSİAL PRABLEMLƏR [11]
TOLIŞİ POEZİYA . [25]
XƏBƏRLƏR [524]
События в мире [1]
Россия [3]
Политика [6]
Бизнес [1]
Технологии [0]
Наука [0]
Здоровье [1]
Спорт [0]
Образование [0]
Site information [1]
Dear, valuable and dear to our readers and regular followers of our site. Our site provides you with all kinds of news - economic, cultural, scientific, religious information and materials, as well as poems, stories and other valuable materials.   We consider informing as our main goal for you. Also, one of our main goals is the timely, accurate and honest reporting of traditions and customs, moral and social problems of other indigenous peoples of the country, as well as communicating the problems of the Talyshs to the world community as a whole! In particular, we thank and ask you for providing us with valuable information and materials, using every opportunity to achieve our goals, we thank those who helped us by conducting quick, timely and in-depth studies!   Site managers , Ruslan Almaszada . Deputy Head and Technical Manager Ilham Babazade. Tel.0031686031475
Календарь
«  Май 2020  »
ВсПнВтСрЧтПтСб
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31
Наш опрос
Оцените мой сайт
1. Отлично
2. Хорошо
3. Плохо
4. Ужасно
5. Неплохо
Total of answers: 10
Статистика

Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0